Son xəbərlər
- “SİMA İmza”nın hüquqi şəxs həlli istifadəyə verilib 01 May, 2024
- İİTKM informasiya sistemlərini tam şəkildə “Hökumət buludu”na köçürüb 01 May, 2024
- “AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub 01 May, 2024
- “Mobil notariat”a “SİMA İmza” ilə giriş imkanı yaradılıb 09 Apr, 2024
- AQTA informasiya sistemlərini tam olaraq “Hökumət buludu”na köçürüb 06 Apr, 2024
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC Azərbaycanın Milli İnternet Mükafatı “NETTY”-nin qızıl partnyoru qismində çıxış edib. Hər il keçirilən və artıq bir ənənəyə çevrilən NETTY mükafatı Azərbaycanın informasiya texnologiyaları sahəsində ilin əsas hadisəsidir.
“NETTY" Azərbaycanda ən yaxşı veb resursları, İT sahəsində ən yaxşı layihələri seçmək məqsədilə təşkil olunan birinci peşəkar milli mükafatdır.
Sayca 14-cü olan “NETTY” mükafatı ölkənin İKT sahəsinin ən yaxşılarını hər il bir araya toplayır. Ən qabaqcıl ideya müəllifləri, seçilmiş mütəxəssislər və il ərzində nailiyyətləri ilə nəzərə çarpan İT layihələri mükafatlananlar siyahısına düşmüş olur.
Bu il, İyunun 8-də keçirilən final mükafatlandırma mərasimində NETTY-nin qızıl partnyoru qismində çıxış edən “AzInTelecom” hər zaman olduğu kimi ölkənin İKT sektorunun inkişafına pay verə biləcək layihələri dəstəkləyərək, bu prosesdə yaxından iştirak etməyə çalışır.
NETTY mükafatlarının verilməsi mərasimində qaliblərə müsabiqənin əsas mükafatı NETTY heykəlciyi, həmçinin AzInTelecom-un Data Mərkəzi resurslarından istifadə imkanı verən vauçerlər təqdim olunub.