Son xəbərlər
- “SİMA İmza”nın hüquqi şəxs həlli istifadəyə verilib 01 May, 2024
- İİTKM informasiya sistemlərini tam şəkildə “Hökumət buludu”na köçürüb 01 May, 2024
- “AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub 01 May, 2024
- “Mobil notariat”a “SİMA İmza” ilə giriş imkanı yaradılıb 09 Apr, 2024
- AQTA informasiya sistemlərini tam olaraq “Hökumət buludu”na köçürüb 06 Apr, 2024
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən "AzInTelecom" MMC-nin nümayəndə heyəti "Hökumət buludu" (G-cloud) layihəsi çərçivəsində Belarusun "bulud"a inteqrasiya təcrübəsi ilə yaxından tanış olub. Minskdə keçirilən XXV "TİBO-2018" beynəlxalq telekommunikasiya sərgi-forumu çərçivəsində çoxsaylı yerli şirkət və dövlət qurumları ilə ikitərəfli görüşlər keçirən "AzInTelecom" nümayəndə heyəti "bulud" həlləri, "bulud"a inteqrasiya, Belarus dövlət qurumlarının "bulud"dan isitifadə tendensiyaları, eləcə də "Hökumət buludu"nun yaradılması və ona keçid perspektivlərini müzakirə ediblər. Görüşlər zamanı qarşılıqlı fikir və təcrübə mübadiləsi aparılıb, iki ölkənin İKT sahəsi üzrə əlaqələrin inkişafı, xüsusilə "Hökumət buludu"nun yaradılması istiqamətində qarşılıqlı əməkdaşlıq imkanları haqqında təkliflər irəli sürülüb. Məlumat üçün bildirək ki, "Hökumət buludu"nun (G-Cloud) yaradılması "Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi"nin tərkib hissəsidir.