Son xəbərlər
- Daha 4 şirkət xidmətlərini SİMA vasitəsilə rəqəmsallaşdırdı 09 Dek, 2024
- “AzInTelecom” VIII Beynəlxalq Bankçılıq Forumunda 04 Dek, 2024
- “AzInTelecom” MMC yeni “AzInCloud” platformasını istifadəyə verib 29 Noy, 2024
- Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıb 28 Noy, 2024
- “AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edib 26 Noy, 2024
Ötən əsrdə bəşəriyyətə sarsıdıcı zərbə vurmuş faşist ideologiyası üzərində qələbənin 72-ci ildönümü tamam olur. İkinci Dünya müharibəsi vurulan maddi zərərin həcminə və həlak olmuş insanların sayına görə bəşər tarixində baş vermiş müharibələrin ən dəhşətlisidir. İkinci Dünya müharibəsinin tarix ədəbiyyatında çox vaxt "Böyük Vətən müharibəsi" adlanan 1941-1945-ci illər dövründə Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə böyük qəhrəmanlıq nümunələri göstərmişdir. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçmişdir. Respublikada 87 qırıcı təyyarə batalyonu və 1124 özünümüdafiə dəstələri təşkil olunmuş, 1941-1945-ci illərdə 600 mindən çox həmyerlimiz cəbhəyə yollanmışdı. 130-a yaxın həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 30 nəfəri Şərəf ordeni ilə təltif olunmuşdu. İqtisadiyyatı cəbhəyə xidmət istiqamətinə yönəltmək məqsədi ilə respublikada böyük işlər aparılırdı. Qısa müddətdə Bakı döyüşən ordu üçün silah-sursat cəbbəxanasına çevrilmişdi. Böyük çətinliklərə baxmayaraq, neftçilərimiz fədakarlıq göstərərək cəbhəni və sənayeni yanacaqla təmin edirdilər. İnamla demək olar ki, Bakı nefti faşizm üzərində qələbənin əsas amillərindən biri olmuşdur.
Respublikamız dövlət müstəqilliyini bərpa etdikdən sonra da Böyük Vətən müharibəsi veteranlarına yüksək qayğı ilə yanaşılır, onların sosial müdafiəsinin gücləndirilməsi, xatirəsinin əbədiləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilir. Faşizm üzərində qələbənin ildönümü hər il
ölkəmizdə yüksək səviyyədə qeyd olunur.