Son xəbərlər
- “SİMA İmza”nın hüquqi şəxs həlli istifadəyə verilib 01 May, 2024
- İİTKM informasiya sistemlərini tam şəkildə “Hökumət buludu”na köçürüb 01 May, 2024
- “AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub 01 May, 2024
- “Mobil notariat”a “SİMA İmza” ilə giriş imkanı yaradılıb 09 Apr, 2024
- AQTA informasiya sistemlərini tam olaraq “Hökumət buludu”na köçürüb 06 Apr, 2024
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC ilə Koreya Respublikasının “GEOMEX” MMC və “Məkan Məlumat Sənayesinin Təşviqi Agentliyi” arasında anlaşma memorandumu imzalanıb.
Memoranduma əsasən, “K-City Network 2020” proqramının “Ağıllı şəhər” (Smart City) layihəsi çərçivəsində Bakı şəhərinin Baş planı hazırlanır. Bu layihə ilə Bakı şəhərində Koreya tipli “ağıllı şəhər” həllərinin tətbiqi planlaşdırılır.
Qeyd edək ki, “K-City Network 2020” Koreya tipli “Ağıllı şəhər” layihəsinin müəyyən edilməsi və inkişafı üçün kompleks şəkildə dəstək təklif edən qlobal əməkdaşlıq proqramıdır. 2020-ci ildə Koreya Respublikası “Ağıllı şəhər” layihələri üzrə G2G (Government-to-Government) əməkdaşlığını inkişaf etdirmək məqsədilə “K-City Network” proqramını həyata keçirməyə başlayıb.