Son xəbərlər
- “SİMA İmza”nın hüquqi şəxs həlli istifadəyə verilib 01 May, 2024
- İİTKM informasiya sistemlərini tam şəkildə “Hökumət buludu”na köçürüb 01 May, 2024
- “AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub 01 May, 2024
- “Mobil notariat”a “SİMA İmza” ilə giriş imkanı yaradılıb 09 Apr, 2024
- AQTA informasiya sistemlərini tam olaraq “Hökumət buludu”na köçürüb 06 Apr, 2024
“AzInTelecom” MMC-nin “AZCLOUD ScaleUp” proqramı çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “EAZİ” Startap Mərkəzi ilə birgə startapçılarla görüş keçirilib. Görüşdə startapçılarla yanaşı, “EAZİ” Startap Mərkəzinin mentorları və universitetin tələbələri də iştirak ediblər.
Tədbirdə “AzInTelecom”un nümayəndəsi Nigar İbrahimova çıxış edərək “AZCLOUD ScaleUp” proqramı haqqında iştirakçılara geniş məlumat verib. Bildirilib ki, proqram startapçılara AZCLOUD bulud xidmətlərindən pulsuz istifadə imkanı verir. Həmçinin “Ağıllı ölkə”, “AgroTech”, “EdTech”, “GreenTech”, “MedTech”, “GameTech” və “E-commerce” istiqamətlərini əhatə edən proqram üzrə seçilən startapçılar 5000 AZN-dək AZCLOUD xidmətləri əldə edə bilir və eyni zamanda təlimlərdə iştirak etmək və PR dəstək imkanı qazanır.
Qeyd olunub ki, startap, eləcə də akselerasiya mərkəzləri ilə tərəfdaşlıq əsasında həyata keçirilən “AZCLOUD ScaleUp” proqramının məqsədi ölkədə startap ekosisteminin inkişaf etdirilməsi və inkubasiya mərhələsində olan uğurlu startaplara dəstək göstərməkdir.
Daha sonra “AzInTelecom”un Marketinq şöbəsinin müdiri Fərrux Fərəcullayev tərəfindən iştirakçılara “Proqram təminatı: 0-dan MVP”yə mövzusunda təlim keçirilib. Təlimdə AZCLOUD portalı üzərindən əyani nümunələr göstərilib.
Məlumat üçün bildirək ki, “AZCLOUD ScaleUp” proqramı çərçivəsində artıq 5 startap və akselerasiya mərkəzi ilə əməkdaşlıq edilir. Layihənin əhatə dairəsinin genişləndirilməsi üçün ölkəmizdə fəaliyyət göstərən digər startap və akselerasiya mərkəzləri ilə də əməkdaşlıq edilməsi planlaşdırılır.