Son xəbərlər
- “SİMA İmza”nın hüquqi şəxs həlli istifadəyə verilib 01 May, 2024
- İİTKM informasiya sistemlərini tam şəkildə “Hökumət buludu”na köçürüb 01 May, 2024
- “AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub 01 May, 2024
- “Mobil notariat”a “SİMA İmza” ilə giriş imkanı yaradılıb 09 Apr, 2024
- AQTA informasiya sistemlərini tam olaraq “Hökumət buludu”na köçürüb 06 Apr, 2024
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin dəstəyi, BMT-nin İnkişaf Proqramı və “IDEA” İctimai Birliyinin birgə təşəbbüsü ilə yaradılan “Hydro Heroes” mobil tətbiqi artıq istifadəyə verilib.
Suyun qənaətinə yönələn Hydro Heroes tətbiqi Azərbaycan vətəndaşlarına geolokasiyadan istifadə edərək mobil telefonlarından su sızıntısı haqqında məlumatı və görüntüləri birbaşa aidiyyəti quruma göndərmək, problemin həlli ilə bağlı cavab əldə etmək imkanı verir. Bu da öz növbəsində vaxt və su itkisinin qarşısını əhəmiyyətli dərərəcədə alır.
Azərbaycanda son zamanlar aktual olan su ekologiyasının problemlərinin həlli, suya qənaət və Kür çayının su ehtiyatının qorunması ilə bağlı maarifləndirmə işlərinə yüksək həssaslıqla yanaşan “AzInTelecom” MMC-nin təqdim etdiyi “Azcloud“ bulud infrastrukturu əsasında yaradılan “Hydro Heroes” mobil tətbiqi mühüm ekoloji problemin aradan qaldırılması missiyasını yerinə yetirir. Qeyd edək ki, “Azcloud” bu layihə üçün infrastrukturu təmənnasız olaraq təqdim edir.
Azərbaycanda ilk bulud xidmətlərini təqdim edən “Azcloud”, “AzInTelecom” MMC-nin nəzdində yerləşən əlçatanlıq zonasıdır və rezervlənmə, arxivləşdirmə, videokonfrans, təhlükəsizlik, virtual IP telefoniya kimi xidmətləri təqdim edir