Последние новости
- Министерство Науки и Образования перевело свои ИТ-системы в «Правительственное облако» 07 Ноя, 2024
- Национальный депозитарный центр перевел свои ИТ-системы в «Правительственное облако» 05 Ноя, 2024
- Оформите кредит в "Sizin Lombard" с "SİMA İmza"! 25 Окт, 2024
- Цифровое решение "SİMA İmza" удостоено международной награды 24 Окт, 2024
- Бюро по туризму Азербайджана полностью перенесло свои информационные системы в «Правительственное облако» 18 Окт, 2024
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” şirkəti 29 noyabr – 2 dekabr tarixlərində keçiriləcək 22-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransında yenilənmiş xidmətləri ilə çıxış edir.
Yeni nəsil telekommunikasiya şirkəti olmaq məqsədilə restrukturizasiya edilərək göstərdiyi xidmətlərin keyfiyyət və kəmiyyətini əhəmiyyətli dərəcədə artıran “AzInTelecom” şirkəti yenilənmiş sima və iş prinsiplərini “Bakutel-2016” sərgisində nümayiş etdirir.
Ənənəvi olaraq, beynəlxalq səs trafikinin mübadiləsi və tənzimlənməsi, eləcə də, Azərbaycana idxal olunan telekommunikasiya vasitə və qurğularının sertifikatlaşdırılması üzərində mütəxəssisləşən AzInTelecom-un xidmət sahələrinə yenicə istifadəyə verilmiş və Cənubi Qafqaz Regionunun yeganə TIER III və İSO 20000 sertifikatlarına malik Data Mərkəzi nəzdində “İnfrastruktur xidmət kimi” (İaaS) əsaslı xidmətlər də əlavə olunub.
Qeyd olunan hər 3 istiqamət üzrə keyfiyyət göstəricilərinin maksimal həddə çatdırılması və göstərilən xidmətlərin ən yüksək səviyyədə təşkili üçün yeni nəsil texnologiyaları şirkətin fəaliyyətinin bütün sahələrində tətbiq olunub.
Bu baxımdan yeni istismara verilmiş IP əsaslı Beynəlxalq Kommutasiya Sisteminin quraşdırılması Azərbaycanın bütün mobil və sabit telekommunikasiya operatorları, eləcə də, beynəlxalq telekommunikasiya operatorları ilə ən müasir texnologiyalar əsasında texniki arabağlantı yaradılmasına imkan verir. Qeyd olunan sistemin ən müasir bulud əsaslı İMS platforması üzərindən qurulmuş olması şəbəkəyə məhdudiyyətsiz kommutasiya imkanı, mobil və sabit şəbəkələr üzrə nömrə daşıma sistemlərinin tətbiqi, müxtəlif infrastruktur və virtuallaşdırma sistemləri ilə uzlaşma, hətta müştərilərə müxtəlif multimedia və yeni nəsil xidmətlərinin (IP TV, videokonfrans, virtual İPPBX xidməti və s.) təqdim edilməsi imkanı yaradır.
Data Mərkəzi nəzdində göstərilən “İnfrastruktur xidmət kimi” (İaaS) əsaslı xidmətlər isə, müştərilərimizə hesablama, yaddaş, yerləşdirmə və şəbəkələrini virtual olaraq idarə etmə imkanı yaradır. Sözügedən xidmətlər və onların əsasında təklif olunan müxtəlif növ bulud həll və tətbiqləri AzİnTelecom-un partnyoru olan “HP” və “Cisco” kimi dünyaca məşhur şirkətlər tərəfindən AzİnTelecom-un stendində müştərək qaydada nümayiş etdiriləcəkdir.
Bu biznes modelləri dünyada aparıcı rol oynayan Google, Microsoft və Amazon kimi şirkətlərin “Data Mərkəz”lərində tətbiq olunmaqla büdcə xərclərinin qənaəti, mərkəzləşmə və asan idarəetmə prinsipləri əsasında qurulub. “AzİnTelecom”-un Data Mərkəzi Almaniyanın bu sahədə ixtisaslaşmış “New Telco” şirkəti tərəfindən inşa edilmiş, dünya üzrə Data Mərkəzlərin sertifikatlaşdırılması üzərində mütəxəssisləşən ABŞ-ın “Uptime Institute” təşkilatı tərəfindən uğurla test sınaqlarından keçərək TİER III səviyyəli beynəlxalq sertifikatla 2016-cı ilin sentyabr ayında təltif olunmuş, eləcə də, İT xidmətlərin idarə olunması üzrə beynəlxalq standart hesab olunan İSO 20000 sertifikatını carı ilin noyabr ayında əldə etmişdir. TİER III kateqoriyasının əsas fərqləndirici xüsusiyyətlərinə mühəndis altsistemlərinin paralel fəaliyyəti, ehtiyat soyutma, ehtiyat enerji təminatı sistemləri və ehtiyat telekommunikasiya infrastrukturu daxildir. Ən başlıcası, TİER III sertifikatlı Data Mərkəzinin bütün hallarda işləmə səviyyəsi 99,982 faizə bərabərdir. Bütün qeyd olunan nailiyyətlər Data Mərkəzdə yerləşdiriləcək olan məlumatların təhlükəsiz, səmərəli və etibarlı şəkildə qorunmasına zəmanət verir.