Последние вакансии
Departament: İnsan Kapitalının İdarəolunması / Təşkilati inkişaf şöbəsi
Vəzifə öhdəlikləri:
- Performans qiymətləndirmə sistemində hədəf və məqsədləri özündə cəmləşdirən fəaliyyət modelinin yaradılmasını təmin etmək, əsas fəaliyyət göstəricilərinin, əsas səriştələrin ölçülməsinə nəzarət etmək; hər bir departament üzrə Əsas Performans Göstəricilərini (KPI) təyin etmək üçün beynəlxalq meyarlardan istifadə edərək fərdi, komanda və təşkilati inkişafa dəstək göstərmək;
- Performansın ölçülməsi, yarımillik izləmə, il sonu qiymətləndirmə və feedback mexanizmləri daxil olmaqla, fəaliyyətin qiymətləndirilməsi sistemlərinin layihələndirilməsi və icrası;
- Hədəflərin müəyyən edilməsi, illik qiymətləndirmə və performans nəticələrinin İdarəedilməsi üzrə görüşlərin təşkil edilməsi, performansın idarəedilməsi prosesinin mərhələləri, son icra olunma tarixlərinin müvafiq formada kommunikasiya edilməsi;
- Performans idarə edilməsi prosesləri ilə bağlı bütün informasiyaların toplanması, qeydə alınması və daxili müştərilərdən gələn sualların cavablandırılması;
- Performans qiymətləndirmə sistemlərini, müxtəlif vəzifələr üçün səriştəlik modellərini, istedadların idarəolunması sahəsində təşəbbüslər üçün spesifik performans qiymətləndirmə iş planlarını, habelə işçi səriştəsinin qiymətləndirilməsi, inkişafı və təşviqi standartlarını tərtib etmək;
- Dövrü müşahidələr, performans nəticələrinin izlənməsi, qiymətləndirmələr və maraqlı tərəflərə çatdırmaq üçün performans nəticələrinin idarə edilməsi proseslərini əks etdirən hesabatlar, hesabat panelləri və təqdimatların hazırlanması;
- İşçilərin fəaliyyətinin il sonu qiymətləndirilməsi və mükafatlandırma sistemi əsasında işçi motivasiyasının qorunması;
- Əməkdaşların öyrənmə və inkişaf ehtiyaclarının müəyyən edilməsi və Fərdi İnkişaf Planlarının hazırlanmasına dəstək göstərilməsi;
- Davamçıların müəyyənləşdirilməsi və inkişaf proqramlarının planlaşdırılması və müvafiq formada icra və nəzarət edilməsi;
- Performans İdarəolunması üzrə strategiya, siyasət, prosedur və proseslərin işlənib hazırlanması və həyata keçirilməsi;
- Performansın idarə edilməsi üzrə ən yaxşı təcrübələr və müasir trendlərdən xəbərdar olması və performansın idarə edilməsi prosesinə təkmilləşdirmələrin tövsiyə edilməsi;
- İnsan Resurslarının digər strateji layihələrində iştirak etmək.
Tələb olunan bilik və bacarıqlar:
- İnsan Resursları, Biznesin idarə edilməsi və ya müvafiq sahədə bakalavr təhsili
- Performansın idarə edilməsi üzrə İR sahəsində minimum 3 il iş təcrübəsi;
- Performansın idarə edilməsi konsepsiyaları, metodologiyaları haqqında məlumatlılıq;
- Bütün səviyyələrdə maraqlı tərəflərlə səmərəli əməkdaşlıq etmək bacarığı ilə əla ünsiyyət və şəxsiyyətlərarası bacarıqlar;
- Güclü layihə idarəetmə bacarıqları, o cümlədən tapşırıqların prioritetləşdirilməsi, vaxt qrafiklərinin idarə edilməsi və nəticələrin idarə edilməsi;
- Performans idarəetmə proqram və alətlərindən istifadə bacarığı
- Performansın idarə edilməsi və ya əlaqəli sahələrdə peşəkar sertifikatlar üstünlükdür;
- Azərbaycan; ingilis və ya rus dillərində sərbəst danışıq bacarığı;
Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək, career@azintelecom.az e-mail ünvanına göndərə bilərlər.