Vakansiya: IOS developer

Departament: Rəqəmsal Həllər Departamenti/ Proqramlaşdırma şöbəsi/Mobil həllər bölməsi

Tələb olunan bilik və bacarıqlar:

  • Ali təhsil (Kompüter elmləri və ya digər əlaqəli sahə üzrə)
  • Swift proqramlaşdırma dil biliyi
  • Git və Versiya kontrol sistemi ilə işləmə bacarığı
  • UIKit kitabxanası ilə işləmə bacarığı
  • Storyboard ilə işləmə bacarığı
  • Figma, Adobe XD, Sketch tipli dizayn proqramlarında verilən dizaynlara uyğun pixel perfect interfeys hazırlanması bacarığı
  • MVC arxitekturası ilə işləmə bacarığı
  • App Store Connect ilə işləmə bacarığı
  • TestFlight anlayışı arzuolunandır
  • Alamofire, ARCore, ARKit, AVFoundation, MLKit tipli kitabxanalarla işləmə bacarığı arzuolunandır
  • App Store-da tətbiqlərinin olması arzuolunandır
  • Ümumi alqoritm qurma bacarığı
  • Fəaliyyət istiqamətinə aid məlumatları əldə etmək bacarığı
  • Sahə üzrə minimum 1 il iş təcrübəsi
  • Azərbaycan dili; rus və ya ingilis dilləri (arzuolunan)
  • Məsuliyyət və düzgünlük kimi müsbət xarakterlərə malik olmaq.
  • Analitik düşünmək və problem həll etmək bacarığı
  • Komanda ilə işləmə bacarığı.

Vəzifə öhdəlikləri:

  • Mövcud proqram təminatlarında texniki sorğular üzrə tələblərin icrası və proseslərin optimallaşdırılması
  • Proqram təminatlarının işləməsinə nəzarət edilməsi
  • Tapşırığa əsasən proqram təminatı və proqram modullarının tərtibatı.

Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək, career@azintelecom.az e-mail ünvanına göndərə bilərlər.

Отправьте свое резюме