Latest jobs
Departament: Rəqəmsal Həllər/ Məhsul inkişafı şöbəsi / Arxitektur həllər bölməsi
Vəzifə öhdəlikləri:
- Verilənlər bazalarının monitorinq edilərək performans sazlanması (tuning) edilməsi;
- Verilənlərin keyfiyyət problemlərini müəyyən edilməsi və həll edilməsi;
- Verilənlər bazası idarəetmə sisteminin monitorinqi;
- Verilənlər bazası serverlərinə nəzarət edilməsi və optimallaşdırma;
- Məlumatları tez bir zamanda axtarılması və əldə edilməsinin tənzimlənməsi;
- Məlumatların effektiv şəkildə saxlanması, işlənməsi və idarə olunmasının təmin olunması;
- Strukturlaşdırılmış məlumat modelinin yaradılmasının təmin olunması;
- Sorğuları icra sürəti və müddətinin tənzimlənməsi;
- Məlumat bazasının yaradılması və müşayiəti;
• Təhlükəsizliyin, məlumatların bütövlüyünün və imtinaya davamlılığın təmin edilməsi;
- Məlumat bazasının layihələşdirilməsi və ehtiyatın təminatı;
- DB istehsal qabiliyyətinin monitorinqi, optimallaşdırılması və tuninqi;
- Yenilənmənin vendordan qəbulu və test mühitində quraşdırılması;
- Ehtiyat nüsxələrin çıxarılması və bərpası;
- İstehsal mühitində test yeniliklərinin quraşdırılması;
- İstehsal mühitdə sınaqdan keçmiş scriptlərin (logs) quraşdırılması;
- Müəyyən edilmiş qaydalara uyğun olaraq ehtiyat məlumat bazasının yaradılması prosesinin işə salınması və daşıyıcıda yazıların mövcudluğunun yoxlanılması;
- Məlumat bazasının ehtiyat məlumat bazasından bərpa edilməsi;
- Məlumat bazasının bərpa edilməsi üzrə aparılan işlər haqda hesabatların təqdim olunması;
- Qoyulmuş tapşırıqların qeydiyyatının aparılması;
- SQL-sorğularının və prosedurlarının məlumat bazasına təsdiqlənmiş sifariş əsasında yazılması;
- Bazaya mütəmadi nəzarət edib qeyri-optimal sorğuların optimallaşdırılması təklifləri hazırlamaq;
- Bazaların dizaynı mərhələsində iştirak edib komanda ilə birlikdə optimal bazanın dizaynının qurulması.
Tələb olunun biliklər:
- Ali təhsil
- MSSQL, PostgreSQL, MongoDB üzrə biliklər
- NoSQL bazalar üzrə biliklər arzuolunandır
- Sahə üzrə minimum 1-3 il təcrübə
- Analitik düşüncə qabiliyyəti
- Komanda ilə işləmə bacarığı
- Azərbaycan dili; ingilis dili biliyi arzuolunandır
Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək, career@azintelecom.az e-mail ünvanına göndərə bilərlər.