Performansın idarə edilməsi üzrə böyük mütəxəssis

Departament: İnsan Kapitalının İdarəolunması / Təşkilati inkişaf şöbəsi

Vəzifə öhdəlikləri:

  • Performans qiymətləndirmə sistemində hədəf və məqsədləri özündə cəmləşdirən fəaliyyət modelinin yaradılmasını təmin etmək, əsas fəaliyyət göstəricilərinin, əsas səriştələrin ölçülməsinə nəzarət etmək; hər bir departament üzrə Əsas Performans Göstəricilərini (KPI) təyin etmək üçün beynəlxalq meyarlardan istifadə edərək fərdi, komanda və təşkilati inkişafa dəstək göstərmək;
  • Performansın ölçülməsi, yarımillik izləmə, il sonu qiymətləndirmə və feedback mexanizmləri daxil olmaqla, fəaliyyətin qiymətləndirilməsi sistemlərinin layihələndirilməsi və icrası;
  • Hədəflərin müəyyən edilməsi, illik qiymətləndirmə və performans nəticələrinin İdarəedilməsi üzrə görüşlərin təşkil edilməsi, performansın idarəedilməsi prosesinin mərhələləri, son icra olunma tarixlərinin müvafiq formada kommunikasiya edilməsi;                                              
  • Performans idarə edilməsi prosesləri ilə bağlı bütün informasiyaların toplanması, qeydə alınması və daxili müştərilərdən gələn sualların cavablandırılması;
  • Performans qiymətləndirmə sistemlərini, müxtəlif vəzifələr üçün səriştəlik modellərini, istedadların idarəolunması sahəsində təşəbbüslər üçün spesifik performans qiymətləndirmə iş planlarını, habelə işçi səriştəsinin qiymətləndirilməsi, inkişafı və təşviqi standartlarını tərtib etmək;
  • Dövrü müşahidələr, performans nəticələrinin izlənməsi, qiymətləndirmələr və maraqlı tərəflərə çatdırmaq üçün performans nəticələrinin idarə edilməsi proseslərini əks etdirən hesabatlar, hesabat panelləri və təqdimatların hazırlanması;
  • İşçilərin fəaliyyətinin il sonu qiymətləndirilməsi və mükafatlandırma sistemi əsasında işçi motivasiyasının qorunması;
  • Əməkdaşların öyrənmə və inkişaf ehtiyaclarının müəyyən edilməsi və Fərdi İnkişaf Planlarının hazırlanmasına dəstək göstərilməsi;
  • Davamçıların müəyyənləşdirilməsi və inkişaf proqramlarının planlaşdırılması və müvafiq formada icra və nəzarət edilməsi;
  • Performans İdarəolunması üzrə strategiya, siyasət, prosedur və proseslərin işlənib hazırlanması və həyata keçirilməsi;
  • Performansın idarə edilməsi üzrə ən yaxşı təcrübələr və müasir trendlərdən xəbərdar olması və performansın idarə edilməsi prosesinə təkmilləşdirmələrin tövsiyə edilməsi;
  • İnsan Resurslarının digər strateji layihələrində iştirak etmək.

Tələb olunan bilik və bacarıqlar:

  • İnsan Resursları, Biznesin idarə edilməsi və ya müvafiq sahədə bakalavr təhsili
  • Performansın idarə edilməsi üzrə İR sahəsində minimum 3 il iş təcrübəsi;
  • Performansın idarə edilməsi konsepsiyaları, metodologiyaları haqqında məlumatlılıq;
  • Bütün səviyyələrdə maraqlı tərəflərlə səmərəli əməkdaşlıq etmək bacarığı ilə əla ünsiyyət və şəxsiyyətlərarası bacarıqlar;
  • Güclü layihə idarəetmə bacarıqları, o cümlədən tapşırıqların prioritetləşdirilməsi, vaxt qrafiklərinin idarə edilməsi və nəticələrin idarə edilməsi;
  • Performans idarəetmə proqram və alətlərindən istifadə bacarığı
  • Performansın idarə edilməsi və ya əlaqəli sahələrdə peşəkar sertifikatlar üstünlükdür;
  • Azərbaycan; ingilis və ya rus dillərində sərbəst danışıq bacarığı;

Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək, career@azintelecom.az e-mail ünvanına göndərə bilərlər.

Send resume