Vakansiya: Oracle Database administrator

Departament: İnformasiya texnologiyaları/İnformasiya texnologiyaları infrastrukturu şöbəsi

Vəzifə öhdəlikləri:

·  DBMS Oracle quraşdırılması;

·  Məlumat bazasının yaradılması və müşayiəti;

·  Təhlükəsizliyin, məlumatların bütövlüyünün və imtinaya davamlılığın təmin edilməsi;

·  Məlumat bazasının layihələşdirilməsi və ehtiyatın təminatı;

·  DBMS istehsal qabiliyyətinin monitorinqi, optimallaşdırılması və tuninqi;

·  Yenilənmənin vendordan qəbulu və test mühitində quraşdırılması;

·  Ehtiyat nüsxələrin çıxarılması və bərpası;

·  İstehsal mühitində test yeniliklərinin quraşdırılması;

·  İstehsal mühitdə sınaqdan keçmiş scriptlərin (logs) quraşdırılması;

· Müəyyən edilmiş qaydalara uyğun olaraq ehtiyat məlumat bazasının yaradılması prosesinin işə salınması və daşıyıcıda yazıların mövcudluğunun yoxlanılması;

·  Məlumat bazasının ehtiyat məlumat bazasından bərpa edilməsi;

· Məlumat bazasının bərpa edilməsi üzrə aparılan işlər haqda hesabatların təqdim olunması;

·  Qoyulmuş tapşırıqların qeydiyyatının aparılması;

· SQL-sorğularının, PLSQL-prosedurlarının məlumat bazasına təsdiqlənmiş sifariş əsasında yazılması.

Tələb olunun biliklər:

  • Ali təhsil (Kompüter elmləri, İnformasiya texnologiyaları ixtisası və ya digər əlaqəli sahə üzrə  təhsil arzuolunan);
  • Oracle 11gR2 və 12cR2 administrasiyası üzrə dərin biliklər;
  • Oracle DB arxitekturası üzrə biliklər;
  • Oracle RAC və Data Guard texnologiyasını yaxşı səviyyədə bilmək;
  • RMAN ehtiyat və bərpa üzrə yüksək biliklərin olması;
  • Oracle verilənlər bazalarının idarə olunması üzrə minimum 3 illik iş təcrübəsi;
  • Verilənlər bazasının optimallaşdırması və SQL tuning üzrə təcrübə;
  • RAC, ASM, Data Guard kimi Oracle utilitiləri üzrə bilik və iş təcrübəsi;
  • Verilənlər bazasının replikasiyası və problemlərin aradan qaldırılması ilə bağlı təcrübə;
  • Verilənlər Bazası Təhlükəsizliyi üzrə təcrübə;
  • Böyük həcmə malik verilənlər bazalarının idarə olunması üzrə təcrübə;
  • Oracle administrasiyası üzrə sertifikat arzuolunandır;
  • Analitik və problem həll etmə bacarıqları;
  • Komanda yönümlü, əməkdaşlıq mühitində işləmək bacarığı;
  • Dil bilikləri:  Azərbaycan dili; rus və ya ingilis dilləri (yaxşı səviyyədə)

Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək, career@azintelecom.az e-mail ünvanına göndərə bilərlər.

Send resume