Latest jobs
Vakansiya: IOS developer
Departament: Rəqəmsal Həllər Departamenti/ Proqramlaşdırma şöbəsi/Mobil həllər bölməsi
Tələb olunan bilik və bacarıqlar:
- Ali təhsil (Kompüter elmləri və ya digər əlaqəli sahə üzrə)
- Swift proqramlaşdırma dil biliyi
- Git və Versiya kontrol sistemi ilə işləmə bacarığı
- UIKit kitabxanası ilə işləmə bacarığı
- Storyboard ilə işləmə bacarığı
- Figma, Adobe XD, Sketch tipli dizayn proqramlarında verilən dizaynlara uyğun pixel perfect interfeys hazırlanması bacarığı
- MVC arxitekturası ilə işləmə bacarığı
- App Store Connect ilə işləmə bacarığı
- TestFlight anlayışı arzuolunandır
- Alamofire, ARCore, ARKit, AVFoundation, MLKit tipli kitabxanalarla işləmə bacarığı arzuolunandır
- App Store-da tətbiqlərinin olması arzuolunandır
- Ümumi alqoritm qurma bacarığı
- Fəaliyyət istiqamətinə aid məlumatları əldə etmək bacarığı
- Sahə üzrə minimum 1 il iş təcrübəsi
- Azərbaycan dili; rus və ya ingilis dilləri (arzuolunan)
- Məsuliyyət və düzgünlük kimi müsbət xarakterlərə malik olmaq.
- Analitik düşünmək və problem həll etmək bacarığı
- Komanda ilə işləmə bacarığı.
Vəzifə öhdəlikləri:
- Mövcud proqram təminatlarında texniki sorğular üzrə tələblərin icrası və proseslərin optimallaşdırılması
- Proqram təminatlarının işləməsinə nəzarət edilməsi
- Tapşırığa əsasən proqram təminatı və proqram modullarının tərtibatı.
Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək, career@azintelecom.az e-mail ünvanına göndərə bilərlər.