Departament: Keyfiyyət təminatı/Komplayns və risklərin idarə olunması şöbəsi

Vəzifə öhdəlikləri:

  • Metodoloji sənədlərin hazırlanması və təkmilləşdirilməsini həyata keçirmək;
  • Cəmiyyət üzrə aparılan fəaliyyətin təsdiqlənmiş proses sənədlərinə uyğun şəkildə aparılmasını yoxlamaq və monitorinq hesabatlarını hazırlamaq;
  • Müvafiq beynəlxalq standartların tələblərinə uyğunluğun təmin olunmasını və auditinin aparılmasını təşkil etmək və dəstəkləmək;
  • İnsidentlərinin idarə edilməsi mexanizminin tətbiqini təşkil etmək və metodoloji dəstək göstərmək;
  • Müştəri məmnuniyyətini ölçmək və müştəri şikayətlərinin səbəbini araşdırmaq və monitorinq hesabatlarını hazırlamaq;
  • ISO/IEC 27001:2013, ISO/IEC 20000-1:2018, ISO:22301:2019 standartlarının tətbiqi və auditi üzrə müvafiq fəaliyyətlərin icrası;
  • Proseslərin optimallaşdırılması ilə bağlı təkliflər vermək.

Tələb olunan bilik və bacarıqlar:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə 3 il iş təcrübəsi;
  • Normativ sənədlər, siyasət, prosedur və metodoloji sənədlərlə işləmə bacarığı;
  • Konfidensial və həssas məlumatlarla işləmək bacarığı;
  • Microsoft Office proqramlarını yaxşı səviyyədə bilmək;
  • Fəaliyyət istiqamətinə aid məlumatları əldə etmək bacarığı;
  • Azərbaycan dili - səlis; ingilis dili – yaxşı səviyyədə; rus dili arzuolunan;
  • Təşkilati bacarıqlar (yazışma qaydaları, vaxtın idarə edilməsi, planlaşdırma, kommunikasiya və s.);

Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək, career@azintelecom.az e-mail ünvanına göndərə bilərlər.

CV göndər