Departament: Keyfiyyət Təminatı/Biznes Proseslərin təhlili və idarəolunması şöbəsi

Tələb olunan bilik və bacarıqlar:

  • Ali təhsil (Kompüter elmləri, İnformasiya texnologiyaları ya digər əlaqəli sahə üzrə təhsilin olması arzu olunandır);
  • MSSQL və PostgreSQL sorğu dilləri ilə yüksək səviyyədə işləmə bacarığı;
  • Böyük məlumat bazaları ilə işləmə bacarığı;
  • PowerBI vizuallaşdırma proqramı vasitəsilə iş təcrübəsi;
  • Power Query, Power Pivot və DAX ilə işləmə bacarıqları;
  • Python, R, ETL toollar üzrə biliklərin olması;
  • Yüksək səviyyədə MS Excel biliyi olmalı;
  • Data analitika sahəsi üzrə minimum 2 illik iş təcrübəsi;
  • Azərbaycan dili-səlis; rus və ya ingilis dili biliyi arzuolunandır;
  • Məntiqi-analitik düşüncə qabiliyyəti və riyazi biliklər olmalı;
  • Komanda ilə işləmək və sərbəst araşdırmaq qabiliyyəti.

Əsas vəzifə və öhdəlikləri:

  • Gündəlik müxtəlif növ tapşırıqlara uyğun dataların hazırlanması;
  • Digər şöbələrlə effektiv əməkdaşlıq edərək onların ehtiyaclarına uyğun məlumatların təhlil edilməsi;
  • Çirkli məlumatların təmizlənməsi;
  • Data və SQL sorğuların optimallaşdırılması;
  • ETL proseslərin yazılması;
  • Datanın məlumat anbarında (DWH) saxlanılması və idarəolunması;
  • Dövri olan data və hesabatların daha qısa zamanda təmin edilə bilməsi üçün hesabatların avtomatlaşdırılması və aylıq olaraq yenilənməsi;
  • Rəhbərlik təlimatı əsasında fərqli modelləmə və əlaqələndirmələrlə hesabatların hazırlanması;
  • Toplanmış məlumatların analizi, müxtəlif analitik təhlil və vizuallaşdırma vasitələri ilə istifadəyə yararlı məlumatların hazırlanması;
  • Proqnozlar və modellərin nəticələrinin vizuallaşdırılması, hesabatlarının hazırlanması;
  • Şirkətin biznes məqsədlərinə uyğun olaraq dərin analizlər aparılması və düzgün nəticələr çıxarılması;
  • Təşkilatın maraqlı tərəflərinə (menecment, digər şöbələr) mütəmadi hesabatlar təqdim edilməsi.

Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək, career@azintelecom.az e-mail ünvanına göndərə bilərlər.

CV göndər