SİMA Token elektron sənədi hazırlayan şəxsin sənədi təsdiqləyərək digər tərəfə göndərməsi, həmçinin, elektron imza vasitəsi tələb edən elektron xidmətlərdən istifadə etmək üçündür.

SİMA Token əhalinin müxtəlif təbəqələrinə, yəni vətəndaşlara, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə, həmçinin dövlət qulluqçularına xidmət göstərir.

SİMA Token ilə imzalanmış məlumat şifrələnmiş şəkildə göndərildiyi üçün məxfilik təmin edilir. Sənədlərin və məlumatların mübadiləsi zamanı göndərən tərəfi birmənalı müəyyən etmək mümkündür. SİMA Token ilə imzalanmış elektron sənədin bütövlüyü qorunur. Sənədi imzalayan şəxsin imzadan imtina etməsi mümkünsüzdür.

Daha ətraflı: https://token.sima.az/