“AzInTelecom” MMC informasiya resurlarını gücləndirmək istəyən şirkət və qurumlara beynəlxalq standartların tələbləri əsasında İnformasiya Təhlükəsizliyinin İdarəolunması sisteminin auditini və əldə edilən nəticələr əsasında tövsiyələrin verilməsi xidmətini həyata keçirir. Bu xidmətlərə İnformasiya Təhlükəsizliyi standartlarına uyğun olaraq siyasət sənədlərinin hazırlanmasından, risk qiymətləndirilməsinin aparılmasından başlayaraq mitiqasiya, yəni təsirlərin azaldılması tədbirlərinin tətbiq edilməsinə qədər olan bütün addımlar daxildir.
Həmçinin, bu xidmətə müəssisələrin əməkdaşlarının kiberhücumlara qarşı məlumatlılıq dərəcəsinin artırılması, kiberhücumları aşkarlaya bilməsi üçün maarifləndirilmə proqramının təşkil olunması da daxildir.
Audit və konsaltinq xidmətləri ilə bağlı daha ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın.