SmartPay 400-ə qədər ödəniş təminatçısını özündə birləşdirən ödəmə sistemidir. İstifadəçilərin fərdi məlumatlarının mühafizəsinə yüksək şəkildə təminat verən sistem Azərbaycanın bütün ərazisini əhatə edir.

SmartPay vasitəsilə kommunal, sığorta, mobil cihazların qeydiyyatdan keçirilməsi üçün dövlət rüsumları ödənişlərinin edilməsi, mobil nömrələrdə balansın artırılması, bank xidmətləri və bu kimi digər xidmətlərdən yararlanmaq mümkündür. Ödəmə sisteminin İT infrastrukturunun AZCLOUD əlçatanlıq zonasında olması məlumat mübadiləsini istər mobil, istərsə də digər cihazlar vasitəsilə təhlükəsiz və sürətli şəkildə təqdim etməsinə imkan verir.

Daha ətraflı:    https://smartpay.az/