Prioritetlər

Azərbaycan ilə dünya ölkələri arasında beynəlxalq telekommunikasiya xidmətlərinin alternativlik və yüksək keyfiyyətlə təmin edilməsi, həcminin artırılması və müasir xidmətlərin tətbiq edilməsi.

Mövcud vəziyyət

Azərbaycan ilə dünya ölkələri arasında beynəlxalq səs trafikinin keyfiyyət göstəricilərinin yüksəldilməsi və rabitənin fasiləsizliyinin təmin edilməsi məqsədi ilə hazırda Avropa, Asiya, Amerika və Afrika qitələrində fəaliyyət göstərən 30-dan çox beynəlxalq səs operatorları ilə ən son texnologiyalar və siqnallaşma sistemləri üzərindən 12 337 ədəd birbaşa texniki arabağlantı kanalları təşkil edilib.

Perspektiv planlar

Beynəlxalq telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinin yüksəldilməsi məqsədilə bu sahədə fəaliyyət göstərən beynəlxalq operatorlarla yeni birbaşa arabağlantıların təşkili və əməliyyat xərclərin optimallaşdırılması.