Azərbaycan və Cənubi Qafqaz regionunda TIER III, ISO 20000, ISO 22301 və ISO 27001 sertifikatlarına layiq görülmüş və iki əlçatanlıq zonasına malik AZCLOUD üç istiqamətdə fəaliyyət göstərir: AZCLOUD, AZCLOUD Korporativ Həllər və AZCLOUD Hökumət Həlləri.

AZCLOUD infrastrukturun buludda elastik və çevik şəkildə yerləşdirilməsinə imkan verir. AZCLOUD bulud həlləri sayəsində rəqəmsal tapşırıqları digər klassik bulud xidmətləri ilə müqayisədə daha asan və rahat yollarla həll etmək mümkündür. Sözügedən model üstün keyfiyyət və qiymət uyğunluğunu qorumaqla tətbiqləri təhlükəsiz mühitdə daha tez yerləşdirmək və miqyaslandırmaq imkanı yaradır. Daha ətraflı: https://azcloud.az/az

AZCLOUD Korporativ həllər bulud xidmətləri, yerləşdirmə (Co-location), rezervləmə (Baas), arxivləşdirmə (AaaS), korporativ bulud infrastrukturunun, virtual mühit və fiziki serverlərin kompleks şəkildə təhlükəsizliyinin qorunması üçün əlverişli təhlükəsizlik həlləri, Microsoft Windows Server, SQL Server və Exchange Server proqram təminatı və yeni nəsil rabitə növü hesab edilən virtual IP telefoniya xidmətini təklif edir. Daha ətraflı: https://enterprise.azcloud.az/

AZCLOUD Hökumət həlləri, yəni “Hökumət buludu” layihəsi özündə dövlət informasiya sistemlərinin və ehtiyatlarının vahid mərkəzə miqrasiyası ilə dövlət idarəçiliyində xərclərin azaldılmasını və dövlət qurumları arasında koordinasiyanın yüksəldilməsini ehtiva edən irihəcmli bir layihədir. Daha ətraflı: https://gcloud.azcloud.az/

Tel.: +994 12 200 00 20
Veb: http://www.azcloud.az
E-poçt: info@azcloud.az
Texniki dəstək: SOC24@azintelecom.az