Bulud xidmətləri
AzInTelecom Data Mərkəzləri Cənubi Qafqaz regionunda, o cümlədən Azərbaycanda ən böyük əlçatanlıq zonasıdır. TIER III, ISO 20000, ISO 22301 və ISO 27001 sertifikatlarına layiq görülmüş Data Mərkəzləri iki istiqamətdə fəaliyyət göstərir: Korporativ Həllər və Hökumət Həlləri.
SİMA
Elektron imza Azərbaycan Respublikasının qanunlarına əsasən, əl imzası ilə eyni hüquqi qüvvəyə malikdir. Elektron imza bizim virtual məkanda şəxsiyyətimizi təsdiq edən sənəddir.
BİZNES HƏLLƏRİ
“AzInTelecom” MMC ölkəmizin sürətli və kefiyyətli rəqəmsal transformasiyası, rəqəmsal iqtisadiyyatımızın inkişaf etdirilməsi üçün bir sıra innovativ biznes həll təqdim edir. İT, bulud texnologiyaları və süni intellektə əsaslanan bu həllər vətəndaşların elektron xidmətlərə əlçatanlığını artırır, biznes subyektlərinin rəqəmsal inkişafını təşviq edir.
İnformasiya Təhlükəsizliyi xidmətləri
“AzInTelecom” MMC müştərilər üçün Kibertəhlükəsizlik və İnformasiya Təhlükəsizliyinin auditi və konsaltinqi xidmətlərini təklif edir.
MƏRKƏZLƏŞDİRİLMİŞ İNFORMASİYA SİSTEMLƏRİ
“AzInTelecom” MMC-nin mərkəzləşdirilmiş informasiya sistemlərinin yaradılmasında məqsəd vətəndaşlara, eləcə də sahibkarlara şəffaf və operativ xidmət göstərməkdir. Müvafiq informasiya sistemlərinin formalaşdırılması nəticəsində informasiya texnologiyalarının tətbiqi ilə innovativ idarəetmə təmin edilir, bir sıra çatışmazlıq aradan qaldırılır.