Son xəbərlər
- Daha 4 şirkət xidmətlərini SİMA vasitəsilə rəqəmsallaşdırdı 09 Dek, 2024
- “AzInTelecom” VIII Beynəlxalq Bankçılıq Forumunda 04 Dek, 2024
- “AzInTelecom” MMC yeni “AzInCloud” platformasını istifadəyə verib 29 Noy, 2024
- Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıb 28 Noy, 2024
- “AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edib 26 Noy, 2024
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti, Nazirliyin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın və Dövlət Məşğulluq Agentliyi ilə birgə ƏMAS və əmək qanunvericiliyinə edilmiş dəyişikliklər mövzusunda tədbir keçirib.
Tədbirdə qeyd edilən qurumların nümayəndələri ilə yanaşı, 100-ə yaxın işəgötürən qurumun təmsilçiləri iştirak ediblər. Tədbir çərçivəsində "AzInTelecom" MMC-nin Kommersiya Departamentinin sədr müavini Mirşahbaz Seyidli SİMA yeni nəsil rəqəmsal imza ilə bağlı təqdimatla çıxış edib. O, iştirakçılara əmək müqavilələrinin bağlanması prosesində “SİMA İmza”dan istifadənin üstünlüklərini izah edib. M.Seyidli “SİMA İmza” tətbiqində qeydiyyat və ondan istifadə qaydaları barədə ətraflı məlumat verib, həmçinin iştirakçıların suallarını cavablandırıb. Tədbir ilə bağlı videoya buradan keçid edə bilərsiniz.
Qeyd edək ki, Əmək Məcəlləsində edilən dəyişikliyə əsasən, ölkəmizdə əmək müqavilələri və əmək müqaviləsinə edilən dəyişikliklər gücləndirilmiş elektron imza ilə imzalandıqdan sonra hüquqi qüvvəyə minir.
“SİMA İmza”nı əldə etmək üçün heç bir müəssisəyə getməyə və ya ödəniş etməyə ehtiyac yoxdur. Vətəndaşlar sadəcə olaraq, smartfonlarına “SİMA İmza” tətbiqini yükləyərək onlayn qeydiyyatdan keçməklə rəqəmsal imzanı əldə edə bilərlər. Bu, onlara əmək müqavilələrini istənilən vaxt, istənilən yerdə imzalamaq imkanı verir və rəqəmsal dövrdə əlçatanlığı artırır.
“SİMA İmza” tətbiqində qeydiyyatla bağlı 157 Zəng Mərkəzinə, alternativ olaraq SİMA-nın sosial media platformalarındakı səhifələrinə müraciət edə bilərsiniz. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemi ilə bağlı sual yarandıqda isə “DOST Çağrı Mərkəzi 142”yə müraciət etmək olar.