Son xəbərlər
- AzInTelecom və AzQAC Qarabağda “Məktəbə Qayıdış” aksiyası keçirdi 17 Sen, 2024
- “SİMA İmza”nı yükləyənlərin sayı 2 milyonu ötdü 13 Sen, 2024
- AzInTelecom “Chain Reaction 2024” tədbirində iştirak edib 12 Sen, 2024
- “SİMA İmza” ilə ƏMAS-da 40 mindən çox müqavilə imzalanıb 11 Sen, 2024
- “SİMA İmza” ilə kredit müqaviləsini məsafədən imzala! 05 Sen, 2024
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) ilə birlikdə məktəbli uşaqlara dəstək məqsədilə aksiya həyata keçirib.
“Məktəbə Qayıdış” adlanan aksiya Azərbaycan Respublikasının Qarabağ İqtisadi Rayonunda, işğaldan azad edilmiş ərazilərdə baş tutub. Aksiya çərçivəsində Füzuli və Xocavənd rayonlarının qəsəbə və kəndlərində məskunlaşmış 200 uşağa məktəbli çantası və digər ləvazimatlar hədiyyə edilib.
Sonda təşkilatçılar yeni tədris ilinin başlaması münasibətilə şagirdləri təbrik edərək dərslərində uğurlar arzulayıblar.