Son xəbərlər
- Daha 4 şirkət xidmətlərini SİMA vasitəsilə rəqəmsallaşdırdı 09 Dek, 2024
- “AzInTelecom” VIII Beynəlxalq Bankçılıq Forumunda 04 Dek, 2024
- “AzInTelecom” MMC yeni “AzInCloud” platformasını istifadəyə verib 29 Noy, 2024
- Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıb 28 Noy, 2024
- “AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edib 26 Noy, 2024
“Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanının icrası davam etdirilir.
Fərmanın icrası çərçivəsində informasiya sistemləri və ehtiyatlarını “Hökumət buludu”na köçürən növbəti dövlət qurumu “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti (“ASK” ASC) olub. ASC öz informasiya sistemləri və ehtiyatlarını Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyindəki “AznTelecom” MMC-ə məxsus Bakı Data Mərkəzinə qismən yerləşdirib. Azərbaycan Sənaye Korporasiyası AzInTelecom-un təqdim etdiyi Virtual server – IaaS (İnfrastructure-as-a-Service) və Rezervlənmə – BaaS (Backup-as-a-Service) bulud xidmət xidmətlərini əldə edib. ASK həmçinin AzInTelecom tərəfindən lisenziyalı Microsoft məhsulları ilə təmin olunub. Sənaye Korpoersiyası İT sistemlərini “Hökumət Buludu”na yerləşdirməklə kritik sistemlərin yüksək əlçatanlığını təmin edib.
Məlumat üçün bildirək ki, “ASK” ASC-nin informasiya sistemləri 2019-cu ildən etibarən “AzInTelecom” MMC-ə məxsus Data Mərkəzinə yerləşdirilib.
Qeyd edək ki, RİNN tərəfindən həyata keçirilən “Hökumət Buludu” layihəsinin icraçısı nazirliyin tabeliyindəki “AzInTelecom” MMC-dir. Layihə çərçivəsində dövlət qurumlarının İT sistemlərinin AzInTelecom-a məxsus Bakı və Yevlax Data mərkəzlərinə tam və ya qismən miqrasiyası həyata keçirilir. Dövlət qurumlarının “Hökumət buludu”na miqrasiyası ilə cari İT xərcləri azalır və informasiya sistemlərinin məhsuldarlığı artır. Beləliklə, informasiya sistemlərinin təhlükəsizliyinin daha da təkmilləşdirilməsinə, sabit və dayanıqlı İT infrastrukturuna, operativ koordinasiya ilə yüksəkkeyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.
“AzInTelecom” MMC Azərbaycan və Cənubi Qafqaz regionunda “TIER III” Beynəlxalq uyğunluq sertifikatına malik ilk qurumdur. Şirkətə məxsus Data mərkəzləri həmçinin “ISO 20000”, “ISO 22301” və “ISO 27001” sertifikatlarının tələblərini ödəyir.