Son xəbərlər
- Daha 4 şirkət xidmətlərini SİMA vasitəsilə rəqəmsallaşdırdı 09 Dek, 2024
- “AzInTelecom” VIII Beynəlxalq Bankçılıq Forumunda 04 Dek, 2024
- “AzInTelecom” MMC yeni “AzInCloud” platformasını istifadəyə verib 29 Noy, 2024
- Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıb 28 Noy, 2024
- “AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edib 26 Noy, 2024
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC-nin nümayəndələri jurnalistlər üçün keçirilən “Rəqəmsal savadlılıq” təlimlərində təlimçi kimi çıxış ediblər.
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının (AİKTSA) təşəbbüsü, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi ilə təşkil olunan təlimdə “AzInTelecom”un əməkdaşları 2 fərqli mövzuda təlim keçib.
Şirkətin İnformasiya təhlükəsizliyi departamentinin direktoru Ruslan Dadayev kibertəhlükəsizliyin təşkili və gələcək trendlər, Rəqəmsal həllər departamentinin Proqramlaşdırma şöbəsinin müdiri Kamran Abdullayev və Məhsul inkişafı şöbəsinin müdiri Heydər Şükürov isə müasir jurnalistikada rəqəmsal alətlərin rolu barədə öz təcrübələrini bölüşüblər. Media nümayəndələrinə, həmçinin “AzInTelecom”un rəqəmsal məhsulları və xidmətləri ilə bağlı ətraflı məlumat verilib, onların sualları cavablandırılıb.
Qeyd edək ki, təlimə müxtəlif media qurumlarından 40-a yaxın jurnalist cəlb olunub. Məqsəd jurnalistlərin İKT üzrə təhlil və analiz bacarıqlarını inkişaf etdirməkdən ibarətdir.