Son xəbərlər
- “Push30” hesabları SİMA KYC ilə daha etibarlı! 04 Okt, 2024
- “AzInTelecom” tərəfindən 24 mindən çox “klon” IMEI kod bloklanıb 02 Okt, 2024
- Naxçıvana onlayn aviabilet alışı “SİMA İmza” ilə həyata keçiriləcək 01 Okt, 2024
- İşəgötürənlərə “SİMA İmza” ilə bağlı təqdimat nümayiş olundu 25 Sen, 2024
- Özbəkistanda keçirilən “İKT Həftəsi”ndə SİMA haqqında məlumat verilib 25 Sen, 2024
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC-nin nümayəndələri jurnalistlər üçün keçirilən “Rəqəmsal savadlılıq” təlimlərində təlimçi kimi çıxış ediblər.
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının (AİKTSA) təşəbbüsü, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi ilə təşkil olunan təlimdə “AzInTelecom”un əməkdaşları 2 fərqli mövzuda təlim keçib.
Şirkətin İnformasiya təhlükəsizliyi departamentinin direktoru Ruslan Dadayev kibertəhlükəsizliyin təşkili və gələcək trendlər, Rəqəmsal həllər departamentinin Proqramlaşdırma şöbəsinin müdiri Kamran Abdullayev və Məhsul inkişafı şöbəsinin müdiri Heydər Şükürov isə müasir jurnalistikada rəqəmsal alətlərin rolu barədə öz təcrübələrini bölüşüblər. Media nümayəndələrinə, həmçinin “AzInTelecom”un rəqəmsal məhsulları və xidmətləri ilə bağlı ətraflı məlumat verilib, onların sualları cavablandırılıb.
Qeyd edək ki, təlimə müxtəlif media qurumlarından 40-a yaxın jurnalist cəlb olunub. Məqsəd jurnalistlərin İKT üzrə təhlil və analiz bacarıqlarını inkişaf etdirməkdən ibarətdir.