AzInTelecom beynəlxalq “Gitex Africa” sərgisində çıxış edib
03 İyn, 2024

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC Mərakeşdə keçirilən beynəlxalq “Gitex Africa Morocco” konfrans və sərgisində stend ilə çıxış edib.

Stenddə iştirakçılara “AzInTelecom”un məhsul və xidmətləri haqda ətraflı məlumat təqdim edilib. Dünyanın İKT və texnologiya sahəsində fəaliyyət göstərən böyük şirkətləri ilə birbaşa görüşlər keçirilərək əməkdaşlıq perspektivləri ətrafında müzakirələr aparırılıb.

Tədbirin ilk günündən şirkətin rəqəmsal məhsullarına böyük maraq göstərilib və xidmətlər stend ziyarətçiləri tərəfindən yüksək qiymətləndirilib.

Azərbaycanın Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri Nazim Səmədov “AzInTelecom” MMC-nin stendini ziyarət edib. Cənad səfir şirkətin təqdim etdiyi xidmət və rəqəmsal məhsullarla yaxından tanış olub, həmçinin “AzInTelecom”un beynəlxalq sahədəki fəaliyyəti ilə bağlı müzakirələr aparılıb.