Son xəbərlər
- Daha 4 şirkət xidmətlərini SİMA vasitəsilə rəqəmsallaşdırdı 09 Dek, 2024
- “AzInTelecom” VIII Beynəlxalq Bankçılıq Forumunda 04 Dek, 2024
- “AzInTelecom” MMC yeni “AzInCloud” platformasını istifadəyə verib 29 Noy, 2024
- Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıb 28 Noy, 2024
- “AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edib 26 Noy, 2024
“AzInTelecom” MMC tərəfindən yaradılmışSİMA yeni nəsil rəqəmsal imza “Azərpoçt” MMC-nin İnternet bankçılıq xidmətinə uğurla inteqrasiya olunub.
Belə ki, birgə aparılmış işlər nəticəsində xidmətin portalında şəxsi kabinetə digər giriş imkanları ilə yanaşı, “SİMA İmza” ilə də daxil olmaq imkanı yaradılıb. Portala giriş etdikdən sonra sürətli ödənişlər və köçürmə proseslərini “SİMA İmza” ilə rəqəmsal şəkildə imzalayaraq reallaşdırmaq mümkündür.
Qeyd edək ki, mobil tətbiqi yükləməklə əldə olunan “SİMA İmza” vətəndaşlar, o cümlədən “Azərpoçt” istifadəçiləri üçün tam pulsuzdur. “SİMA İmza”nın “Azərpoçt”un İnternet bankçılıq xidmətinə inteqrasiyası istifadəçilərinə sürətli və istənilən sayda imzalama imkanı qazandırır. Həmçinin bu xidmət sayəsində hüquqi şəxslər və fərdi sahibkarlar heç yerə getmədən olduqları yerdən elektron xidmətlərdən istifadə edə bilərlər.
Bu xidmətdən istifadə etmək istəyən şəxslər “Azərpoçt”un müştəri xidmətləri şöbələrinə müraciət edə bilərlər.
SİMA yeni nəsil rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.