Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC Dubayda keçirilən “Seamless Middle East 2024” beynəlxalq sərgisində stendlə çıxış edib.

14-16 may tarixlərində baş tutan sammitdə iştirakçılara “AzInTelecom”un innovativ xidmət və məhsulları barədə məlumat verilib. Həmçinin şirkətin təqdim etdiyi bir sıra rəqəmsal həllər qonaqlara praktiki formada nümayiş etdirilib.

Bulud xidmətləri, biometriya texnologiyası əsasında hazırlanan SİMA Rəqəmsal Həllər Platforması, Mərkəzləşdirilmiş İnformasiya Sistemləri və İnformasiya təhlükəsizliyi xidmətləri ilə maraqlanan, həmçinin bu istiqamətdə əməkdaşlıq əlaqələri qurmaq istəyən şirkətlərin nümayəndələri “AzInTelecom” MMC-nin stendini ziyarət ediblər.

Məlumat üçün bildirək ki, “Seamless Middle East 2024” dünyanın bir çox ölkəsinin böyük texnologiya şirkətləri və innovatorlar qatılıb.