Son xəbərlər
- Daha 4 şirkət xidmətlərini SİMA vasitəsilə rəqəmsallaşdırdı 09 Dek, 2024
- “AzInTelecom” VIII Beynəlxalq Bankçılıq Forumunda 04 Dek, 2024
- “AzInTelecom” MMC yeni “AzInCloud” platformasını istifadəyə verib 29 Noy, 2024
- Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıb 28 Noy, 2024
- “AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edib 26 Noy, 2024
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC tərəfindən yaradılmış “SİMA İmza” tərəfdaş çevrəsini genişləndirməyə davam edir.
Aparılmış birgə işlər nəticəsində SİMA yeni nəsil rəqəmzal imza ABŞ mərkəzli “E-gree” şirkətinə məxsus “E-mza” tətbiqinə uğurla inteqrasiya olunub. Artıq “E-mza” tətbiqinə SİMA yeni nəsil rəqəmsal imza ilə giriş etmək və bir neçə dəqiqə ərzində hüquqi qüvvəyə malik müqavilələr hazırlayıb imzalamaq mümkündür. Tətbiq vasitəsilə istifadəçilərə alqı-satqı, kirayə, icarə, borc, xidmət, məxfilik və s. müqavilələri rahat və sürətli şəkildə imzalamaq təklif olunur. Müqaviləni həm fiziki, həm də hüquqi şəxs kimi bağlamaq mümkündür.
Tətbiq Azərbaycan qanunvericiliyinə uyğunlaşdırılıb və müqaviləyə əməl edilmədiyi halda hüquqlarınızın qanuni şəkildə müdafiəsinə imkan verir.
Qeyd edək ki, “SİMA İmza”nı əldə etmək üçün heç yerə getməyə ehtiyac olmadığı üçün vətəndaşlar bu xidməti istənilən an, istənilə yerdə mobil telefonla əldə edə bilirlər.
SİMA rəqəmsal imza ilə vətəndaşların xidmət mərkəzlərindən asılılığına son qoyulur, xidmət göstərənlərin iş yükü və xərcləri azalır. Azərbaycan vətəndaşları, fərdi sahibkarlar və Azərbaycanda qanuni əsaslarla yaşayan əcnəbilər olduqları yerdən elektron xidmətlərdən yararlanırlar. “SİMA İmza”nın istənilən sistemə inteqrasiya oluna bilməsi istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı qazandırır. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran “SİMA İmza” ölkəmizdə biznes proseslərini sürətləndirir. Mobil tətbiqi yükləməklə əldə olunan “SİMA İmza” vətəndaşlar üçün tam pulsuzdur.
SİMA yeni nəsil rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.