Son xəbərlər
- Elm və Təhsil Nazirliyi İT resurslarını “Hökumət buludu”na köçürüb 07 Noy, 2024
- Milli Depozit Mərkəzi İT sistemlərini “Hökumət buludu”na köçürüb 05 Noy, 2024
- “Sizin Lombard”da kreditini “SİMA İmza” ilə rəsmiləşdir! 25 Okt, 2024
- “SİMA İmza” beynəlxalq mükafata layiq görüldü 24 Okt, 2024
- Azərbaycan Turizm Bürosu İT sistemlərini “Hökumət buludu”na köçürüb 18 Okt, 2024
“Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanının icrası davam etdirilir.
Fəaliyyət çərçivəsində dövlət qurumlarının informasiya sistemlərinin və ehtiyatlarının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC-yə məxsus Bakı və Yevlax Data mərkəzlərinə tam və ya qismən miqrasiyası həyata keçirilir.
İnformasiya sistemləri və ehtiyatlarını “Hökumət buludu”na köçürən növbəti dövlət qurumu “AzərEnerji” ASC olub. Qurum “Hökumət buludu”na miqrasiya çərçivəsində “AzInTelecom” MMC-nin təqdim etdiyi Yerləşdirmə – IaaS (İnfrastructure-as-a-Service) virtual server xidmətini əldə edib. “AzərEnerji” informasiya sistemlərini qismən Bakı Data mərkəzində yerləşdirməklə kritik sistemlərinin yüksək əlçatanlığını təmin edib.
Qeyd edək ki, dövlət qurumlarının “Hökumət buludu”na miqrasiyası ilə cari İT xərcləri azalır və informasiya sistemlərinin məhsuldarlığı artır. Beləliklə, informasiya sistemlərinin təhlükəsizliyinin daha da təkmilləşdirilməsinə, sabit və dayanıqlı İT infrastrukturuna, operativ koordinasiya ilə yüksəkkeyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.
“AzInTelecom” MMC Azərbaycan və Cənubi Qafqaz regionunda “TIER III” Beynəlxalq uyğunluq sertifikatına malik ilk qurumdur. Bundan əlavə, “ISO 20000”, “ISO 22301” və “ISO 27001” sertifikatlarının tələblərini ödəyən Bakı və Yevlaxda yerləşən 2 Data Mərkəzinə malikdir.