Son xəbərlər
- Daha 4 şirkət xidmətlərini SİMA vasitəsilə rəqəmsallaşdırdı 09 Dek, 2024
- “AzInTelecom” VIII Beynəlxalq Bankçılıq Forumunda 04 Dek, 2024
- “AzInTelecom” MMC yeni “AzInCloud” platformasını istifadəyə verib 29 Noy, 2024
- Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıb 28 Noy, 2024
- “AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edib 26 Noy, 2024
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılan SİMA yeni nəsil rəqəmsal imza kommersiya qurumları üzrə tərəfdaş çevrəsini genişləndirməyə davam edir.
“SİMA İmza”nın yeni tərəfdaşı “Star GSM” ASC şirkəti olub. Artıq “Star GSM” mağazalarından kreditlə məhsul almaq istəyən şəxslər “SİMA İmza” vasitəsilə bu prosesi mağazaya getmədən reallaşdıra bilərlər. Kredit üçün müraciət etmiş və müsbət cavab almış şəxslərə “Star GSM” tərəfindən SMS vasitəsilə link göndəriləcək. Müştəri həmin linkə daxil olub “SİMA İmza” vasitəsilə sənədləri anında imzalayacaq.
Qeyd edək ki, kredit müqaviləsini imzalamaq üçün “SİMA İmza” tətbiqini mobil cihaza yükləyib qeydiyyatdan keçmək mütləqdir. Müqaviləni imzaladıqdan sonra məhsul şirkət tərəfindən müştərinin ünvanına çatdırılacaq.
“SİMA İmza” həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlüklər yaradır. Yeni nəsil rəqəmsal imza ilə maliyyə xərcləri azalır, vaxt itkisi aradan qalxır. Həmçinin “SİMA İmza”nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırma istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı qazandırır.
Bu imkandan faydalanmaq üçün “SİMA İmza” tətbiqini mobil cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran “SİMA İmza” ölkəmizdə biznes proseslərini sürətləndirəcək.
SİMA rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.