Son xəbərlər
- 1,3 milyondan çox nömrə ilə şəbəkəyə qoşulan 12,5 mindən çox IMEI koda “klon” statusu verilib 19 Sen, 2023
- SİMA İmza ilə pulsuz Tam DigiCard əldə et! 13 Sen, 2023
- E-taxes.gov.az portalına kod-parol əvəzinə SİMA Token ilə daxil ol! 11 Sen, 2023
- “AzInTelecom” MMC jurnalistlər üçün təlim keçirdi 06 Sen, 2023
- SİMA İmza ilə “MJ Financial Services BOKT”dən kredit əldə etmək daha sürətli və rahat oldu! 04 Sen, 2023
Rəqəmsal transformasiya və konsaltinq xidmətləri sahəsində qlobal lider hesab edilən Hindistanın “Tech Mahindra” şirkətinin birinci vitse-prezidenti Sandip Phadkenin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində “AzInTelecom” MMC-də olub. “AzInTelecom”un İdarə Heyətinin rəhbəri Elxan Əzizov nümayəndə heyətini qəbul edib.
Görüşdə “AzInTelecom”un rəhbər heyəti ilə yanaşı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr müaivini Lukas Tzitzis də iştirak edib. Görüş zamanı əməkdaşlıq və tərəfdaşlıq üçün potensial imkanlar müzakirə olunub. Rəqəmsal transformasiya, Əşyaların İnterneti (IoT), bulud hesablamaları və digər məsələlər barəsində diskussiya aparılıb.
Qeyd edilib ki, görüş Azərbaycan bazarının potensialını maraqlı tərəflərə nümayiş etdirmək üçün fürsət olacaq.
Müzakirələrdə “Tech Mahindra” şirkəti ilə Azərbaycan arasında yeni tərəfdaşlıq imkanları yaradan və iki tərəf arasında bilik və texnologiyanın ötürülməsini asanlaşdıracaq uzunmüddətli əməkdaşlıq qurula biləcəyi vurğulanıb.
Bulud xidmətləri üzrə birgə əməkdaşlıq perspektivlərini müzakirə edən tərəflər bu görüşün səmərəli müzakirələrə və hər iki tərəf üçün faydalı əməkdaşlığa yol açacağına əminliyini ifadə edib.