Son xəbərlər
- “AzInTelecom” MMC SİMA ilə bağlı banklarla görüş keçirib 16 Mar, 2023
- SİMA yeni nəsil rəqəmsal imza “Vergi və Mühasibatlıq Zirvəsi”ndə təqdim edildi 11 Mar, 2023
- SİMA yeni nəsil rəqəmsal imza “Vergi və Mühasibatlıq Zirvəsi”ndə! 10 Mar, 2023
- Dövlət Statistika Komitəsi bütün informasiya sistemlərini “Hökumət buludu”na köçürüb 09 Mar, 2023
- SİMA ilə “Premium Bank” tərəfdaş oldu 03 Mar, 2023
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC tərəfindən yaradılan SİMA – bulud əsaslı yeni nəsil rəqəmsal imzanın tərəfdaş qurumların sistemlərinə inteqrasiya prosesi davam edir.
Növbəti inteqrasiya prosesi “Premium Bank”ın sistemində reallaşdı və beləliklə, SİMA ilə sözügedən bank tərəfdaş oldu. Tərəfdaşlığa əsasən “Premium Bank”ın mobil tətbiqi üzərindən plastik kartların sifarişi zamanı sənədlərin SİMA ilə imzalanması mümkün oldu. Bu da müştərilərə banka gəlmədən, zaman itkisinə yol vermədən müqavilələri imzalamağa imkan verir.
SİMA vasitəsilə bank xidmətləri ilə yanaşı, digər sahələr üzrə də elektron xidmətlərdən yararlanmaq mümkündür. Bunlara rəqəmsal dövlət, BOKT, sığorta, mobil operatorlar, elektronika, məişət, TV və internet provayderlər, bir sözlə, imza tətbiq olunan bütün sahələr daxildir.
Yeni nəsil rəqəmsal imzanın həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlükləri var. Maliyyə xərclərinin azaldılması və vaxt itkisinin qarşısının alınması isə hər iki seqment üzrə xüsusi üstünlüklər yaradır. Bundan əlavə, SİMA-nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırma istifadəçilər üçün sürətli və istənilən sayda imzalama imkanı da qazandırır.
Mobil tətbiqlə işləyən imzanı əldə etmək üçün SİMA tətbiqini mobil cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran imzanın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir.
SİMA rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı şirkətin rəsmi saytından və “157” “AzInTelecom” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.