Son xəbərlər
- “AzInTelecom” MMC SİMA ilə bağlı banklarla görüş keçirib 16 Mar, 2023
- SİMA yeni nəsil rəqəmsal imza “Vergi və Mühasibatlıq Zirvəsi”ndə təqdim edildi 11 Mar, 2023
- SİMA yeni nəsil rəqəmsal imza “Vergi və Mühasibatlıq Zirvəsi”ndə! 10 Mar, 2023
- Dövlət Statistika Komitəsi bütün informasiya sistemlərini “Hökumət buludu”na köçürüb 09 Mar, 2023
- SİMA ilə “Premium Bank” tərəfdaş oldu 03 Mar, 2023
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin həssas əhali qrupuna aid olan vətəndaşların rəqəmsal xidmətlərə əlçatanlığının artırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) ilə birgə həyata keçirdiyi layihə yekunlaşıb.
Layihə çərçivəsində “Könüllü DOST” proqramının 30-a yaxın iştirakçısı DOST mərkəzlərinə müraciət edən vətəndaşlara “AzInTelecom” MMC-nin yaratdığı SİMA yeni nəsil rəqəmsal imza haqda maarifləndirici məlumatlar verib və qeydiyyat prosesini tamamlamaqda köməklik göstəriblər.
Həmçinin vətəndaşların heç yerə getmədən dövlət və özəl xidmətlərdən faydalanması məqsədilə yaradılan SİMA tətbiqinin mobil cihaza yüklənilməsi və qeydiyyatdan keçərək rəqəmsal imza əldə edilməsinə dəstək olublar.
Layihədə iştirak edən könüllülər arasında fərqlənən 8 iştirakçı “AzInTelecom” MMC tərəfindən mükafatlandırılıb. Şirkətin inzibati binasında keçirilən mükafatlandırma mərasimində könüllülərə sertifikatlar və dəyərli hədiyyələr təqdim edilib.
Qeyd edək ki, hazırda 12-si dövlət qurumu olmaqla, ümumilikdə 70-dən çox müəssisənin SİMA yeni nəsil rəqəmsal imza ilə inteqrasiyası davam etdirilir.