Son vakansiyalar
Departament: Keyfiyyət təminatı/Komplayns və risklərin idarə olunması şöbəsi
Vəzifə öhdəlikləri:
- Metodoloji sənədlərin hazırlanması və təkmilləşdirilməsini həyata keçirmək;
- Cəmiyyət üzrə aparılan fəaliyyətin təsdiqlənmiş proses sənədlərinə uyğun şəkildə aparılmasını yoxlamaq və monitorinq hesabatlarını hazırlamaq;
- Müvafiq beynəlxalq standartların tələblərinə uyğunluğun təmin olunmasını və auditinin aparılmasını təşkil etmək və dəstəkləmək;
- İnsidentlərinin idarə edilməsi mexanizminin tətbiqini təşkil etmək və metodoloji dəstək göstərmək;
- Müştəri məmnuniyyətini ölçmək və müştəri şikayətlərinin səbəbini araşdırmaq və monitorinq hesabatlarını hazırlamaq;
- ISO/IEC 27001:2013, ISO/IEC 20000-1:2018, ISO:22301:2019 standartlarının tətbiqi və auditi üzrə müvafiq fəaliyyətlərin icrası;
- Proseslərin optimallaşdırılması ilə bağlı təkliflər vermək.
Tələb olunan bilik və bacarıqlar:
- Ali təhsil;
- Müvafiq sahə üzrə 3 il iş təcrübəsi;
- Normativ sənədlər, siyasət, prosedur və metodoloji sənədlərlə işləmə bacarığı;
- Konfidensial və həssas məlumatlarla işləmək bacarığı;
- Microsoft Office proqramlarını yaxşı səviyyədə bilmək;
- Fəaliyyət istiqamətinə aid məlumatları əldə etmək bacarığı;
- Azərbaycan dili - səlis; ingilis dili – yaxşı səviyyədə; rus dili arzuolunan;
- Təşkilati bacarıqlar (yazışma qaydaları, vaxtın idarə edilməsi, planlaşdırma, kommunikasiya və s.);
Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək, career@azintelecom.az e-mail ünvanına göndərə bilərlər.