Son xəbərlər
- “SİMA İmza”nı yükləyənlərin sayı 2 milyonu ötdü 13 Sen, 2024
- AzInTelecom “Chain Reaction 2024” tədbirində iştirak edib 12 Sen, 2024
- “SİMA İmza” ilə ƏMAS-da 40 mindən çox müqavilə imzalanıb 11 Sen, 2024
- “SİMA İmza” ilə kredit müqaviləsini məsafədən imzala! 05 Sen, 2024
- “Grand-Mart” bütün sənədləşmə işlərini “SİMA İmza” ilə rəqəmsallaşdırıb 30 Avq, 2024
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC-nin sponsorluğu ilə Bakıda Azərbaycan Beynəlxalq Sığorta Forumu keçirilib.
Forumda iştirakçılar AzInTelecom-un stendinə yaxınlaşaraq şirkətin xidmət və məhsulları barədə ətraflı məlumat əldə ediblər.
Forumun ikinci günü, 21 iyunda “SİMA ilə rəqəmsallaşan sığorta xidmətləri” mövzusunda “AzInTelecom”un əməkdaşı Tamerlan Məşədihəsənli çıxış edib.
O, çıxış zamanı şirkətin təqdim etdiyi rəqəmsal məhsulların biznes subyektləri üçün üstünlükləri və ekosistemə gətirdiyi dəyərlər haqqında ətraflı məlumat verib.
Artıq Azərbaycanda PAŞA Həyat, Xalq Həyat, Atəşgah Sığorta, Qala Sığorta, Qala Həyat, Bakı Sığorta və Meqa Həyat Sığorta şirkətləri “AzInTelecom”a məxsus SİMA yeni nəsil rəqəmsal imza ilə xidmətlərini rəqəmsallaşdırıb.
Cəmiyyətin rəqəmsal transformasiyasının bir hissəsi olan sığorta sektorundakı xidmətlərin rəqəmsallaşmasında maraqlı olan şirkətimiz bu istiqamətdə verdiyi töhfələri artırmağa hazırdır.