Son xəbərlər
- Heç yerə getmədən mobil telefonda müqavilə hazırla və imzala! 06 May, 2024
- “SİMA İmza”nın hüquqi şəxs həlli istifadəyə verilib 01 May, 2024
- İİTKM informasiya sistemlərini tam şəkildə “Hökumət buludu”na köçürüb 01 May, 2024
- “AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub 01 May, 2024
- “Mobil notariat”a “SİMA İmza” ilə giriş imkanı yaradılıb 09 Apr, 2024
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) İctimai Birliyinin üzvlüyünə qəbul edilib.
“AzInTelecom” MMC-nin “AmCham”a üzvlüyü çərçivəsində işgüzar əlaqələrin yaradılması, problemlərin həllində mümkün dəstəyin əldə edilməsi, informasiya mübadiləsi, “AmCham”ın veb-səhifəsində məlumatların yerləşdirilməsi, konfranslar, seminarlar və toplantılar haqqında məlumat alınması məqsədilə qarşılıqlı əməkdaşlıq nəzərdə tutulur.
İlk mərhələdə iki qurum arasında əməkdaşlıq mühitinin yaxşılaşdırılması istiqamətində görüş keçirilib. “AzInTelecom” MMC-nin nümayəndələri “AmCham”a üzvlük çərçivəsində qurumun gələcək fəaliyyəti ilə bağlı təkliflər səsləndiriblər. Qarşılıqlı fikir mübadiləsindən sonra tərəflər arasında müqavilə imzalanıb.
Qeyd edək ki, “AmCham” Azərbaycanda yerləşən xarici və yerli təşkilatların ikitərəfli iqtisadi əlaqələrinin inkişaf etdirilməsi, yeni tərəfdaşlıqların qurulması və yeni imkanların araşdırılmasına dəstək olan qeyri-kommersiya qurumudur. 1996-cı ildə yaradılmış “AmCham”ın Azərbaycan iqtisadiyyatının bütün sektorlarında fəaliyyət göstərən 260-dan çox üzvü var. Qurum hər il Azərbaycanda müxtəlif konfranslar, ümumi yığıncaqlar, komitə iclasları və digər tədbirlər təşkil edir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində olan “AzInTelecom” MMC-nin geniş spektri əhatə edən xidmətləri var. Bura bulud həlləri, beynəlxalq səs trafiki, biznes həlləri, informasiya təhlükəsizliyi xidmətləri, SİMA rəqəmsal həllər platforması və mərkəzləşdirilmiş informasiya sistemləri daxildir. Çoxşaxəli xidmət şəbəkəsini və təqdim olunan xidmətlərin keyfiyyətini daim təkmilləşdirməyə çalışan “AzInTelecom” MMC bu məqsədlə iqtisadi sferada fəaliyyət göstərən yerli və beynəlxalq təşkilatlarla mütəmadi görüşlər keçirir, əməkdaşlıq müzakirələri aparır.