Son xəbərlər
- “SİMA İmza”nın hüquqi şəxs həlli istifadəyə verilib 01 May, 2024
- İİTKM informasiya sistemlərini tam şəkildə “Hökumət buludu”na köçürüb 01 May, 2024
- “AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub 01 May, 2024
- “Mobil notariat”a “SİMA İmza” ilə giriş imkanı yaradılıb 09 Apr, 2024
- AQTA informasiya sistemlərini tam olaraq “Hökumət buludu”na köçürüb 06 Apr, 2024
Azərbaycan və Özbəkistan arasında informasiya texnologiyaları sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə qarşılıqlı görüşlər davam edir.
Bu gün Özbəkistanın “Unicon Soft” şirkətinin nümayəndə heyəti Azərbaycana səfər edərək Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC və quruma məxsus Data Mərkəzləri ilə tanış olub.
Daha sonra “AzInTelecom” MMC-nin rəhbərliyi ilə görüş keçirilib və informasiya texnologiyaları sahəsində əməkdaşlıq perspektivləri, rəqəmsal həllərin inkişafı ilə bağlı məsələlər müzakirə olunub. Eyni zamanda hər iki qurumun təqdim etdiyi xidmətlərdən qarşılıqlı istifadə barədə fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, “AzInTelecom” MMC-nin rəhbərliyi bir müddət öncə Özbəkistana səfər edərək Daşkənd şəhərində “Unicon Soft” şirkətinin nümayəndələri ilə görüşmüşdü.