Son xəbərlər
- “SİMA İmza”nın hüquqi şəxs həlli istifadəyə verilib 01 May, 2024
- İİTKM informasiya sistemlərini tam şəkildə “Hökumət buludu”na köçürüb 01 May, 2024
- “AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub 01 May, 2024
- “Mobil notariat”a “SİMA İmza” ilə giriş imkanı yaradılıb 09 Apr, 2024
- AQTA informasiya sistemlərini tam olaraq “Hökumət buludu”na köçürüb 06 Apr, 2024
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin Müştəri Xidmətləri vahid mərkəzdə fəaliyyət göstərməyə başlayır.
Artıq avqustun 1-dən etibarən vətəndaşların “SİMA Token” məhsulunun sifarişi, əldə edilməsi, həmçinin şirkətin digər məhsulları və xidmətləri ilə bağlı müraciətləri yalnız Üzeyir Hacıbəyli küçəsi, 72 ünvanında yerləşən “Şəbəkə” xidmət mərkəzində qəbul ediləcək.
Qeyd edək ki, “SİMA Token” məhsulunu token.sima.az saytı vasitəsilə də sifariş etmək olar. İmza hazır olduqdan sonra Bakı üzrə “Şəbəkə” ofisindəki Müştəri Xidmətlərinə, regionlarda isə yaxınlıqdakı poçt filialına yaxınlaşaraq sifariş edilən tokeni əldə etmək lazımdır.
“SİMA Token”lə bağlı yaranan çətinlik və suallarla əlaqədar “157” Çağrı Mərkəzinə də zəng etmək mümkündür.
Xatırladaq ki, bir müddət öncə “AzInTelecom” MMC-yə məxsus Müştəri Xidmətləri Mərkəzi təkmilləşdirilərək xidmət operatorlarının sayı artırılıb, texniki imkanlar gücləndirilib və bayram günləri də daxil olmaqla, həftə içi saat 09:00-18:00 arası fasiləsiz iş rejiminə keçilib.