Son xəbərlər
- “SİMA İmza”nın hüquqi şəxs həlli istifadəyə verilib 01 May, 2024
- İİTKM informasiya sistemlərini tam şəkildə “Hökumət buludu”na köçürüb 01 May, 2024
- “AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub 01 May, 2024
- “Mobil notariat”a “SİMA İmza” ilə giriş imkanı yaradılıb 09 Apr, 2024
- AQTA informasiya sistemlərini tam olaraq “Hökumət buludu”na köçürüb 06 Apr, 2024
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin Sertifikatlaşma üzrə sınaq laboratoriyası şöbəsi elektromaqnit uzlaşma (EMC –Electromagnetic compatibility) üzrə akkreditasiya sahəsini genişləndirib.
Azərbaycan Akkreditasiya Mərkəzi (AZAK) tərəfindən keçirilmiş yoxlamanın nəticələrinə əsasən, Sertifikatlaşma üzrə sınaq laboratoriyası uyğunluq sınaqları sahəsində RF sınaqları (radiotezlik spektrindən istifadə) üzrə mövcud akkreditasiya sahəsi AZAK-ın 1/SD 0669-22 UQQ AD saylı 04.07.2022 tarixli qərarı ilə elektromaqnit uzlaşma (EMC) sınaqları istiqamətində genişləndirilib.
Həmçinin cari il ərzində “AzİnTelecom” MMC-nin məhsulların, işlərin, xidmətlərin sertifikatlaşdırılması orqanı kimi də EMC üzrə akkreditasiya sahəsini genişləndirməsi nəzərdə tutulub.
Hazırda “AzİnTelecom” MMC sertifikatlaşdırma orqanı kimi telekommunikasiya vasitə və qurğularının (TVQ) radiotezliklər və təhlükəsizlik göstəriciləri üzrə müvafiq sertifikatlaşdırılmasını həyata keçirir.
Yenilənmiş RF + EMC akkreditasiya sahəsi ilə aşağıdakı linkdən tanış ola bilərsiniz: https://azin.drive.azcloud.az/index.php/s/M4bS5PJDnXL33x5