Son xəbərlər
- “SİMA İmza”nın hüquqi şəxs həlli istifadəyə verilib 01 May, 2024
- İİTKM informasiya sistemlərini tam şəkildə “Hökumət buludu”na köçürüb 01 May, 2024
- “AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub 01 May, 2024
- “Mobil notariat”a “SİMA İmza” ilə giriş imkanı yaradılıb 09 Apr, 2024
- AQTA informasiya sistemlərini tam olaraq “Hökumət buludu”na köçürüb 06 Apr, 2024
Bakıda ilk dəfə keçiriləcək ‘’TEKNOFEST’’ Aerokosmik və Texnologiyalar festivalına olan böyük maraq və çoxsaylı müraciətlər nəzərə alınmaqla bir neçə müsabiqənin qeydiyyat müddəti 28 fevral tarixinə kimi uzadılıb.
Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə bu ilin may ayının 26-29 tarixlərində Bakıda ilk dəfə keçiriləcək ‘’TEKNOFEST’’ Aerokosmik və Texnologiya festivalına hazırlıq ərəfəsində bir neçə müsabiqənin qeydiyyat müddətinin uzadılması haqqında qərar qəbul olunub.
İnnovativ ideya və layihələrlə çıxş edən məktəblilərin, tələbə və gənc sahibkarların festivala göstərdiyi böyük maraq və yüksək fəallıq nəzərə alınmaqla adları aşağıda qeyd edilən müsabiqələrin qeydiyyat tarixi 28 fevral 2022-ci ilə kimi uzadılır.
-Baku Skills;
-Yaşıl texnologiyalar;
-Aqrar texnologiyalar;
-Sosial yönümlü texnologiyalar;
-Robotexnika.
Qeyd edək ki, ‘’Ağıllı şəhər’’ konsepsiyasını ehtiva edən SMART QARABAĞ Hakatonun son müraciət müddəti dəyişdirilərək 01 aprel tarixinə kimi uzadılıb.
Peyk modelləşdirilməsi, Pilotsuz uçuş aparatları və Planer adlı yarışlar üzrə qeydiyyat isə 17 fevral tarixindən etibarən dayandırılıb.
Əlavə məlumat əldə etmək üçün:
Tel: 050 251 40 28
E-mail: office@teknofest.az
Web: teknofest.az