Son xəbərlər
- Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək 23 Noy, 2024
- Elm və Təhsil Nazirliyi İT resurslarını “Hökumət buludu”na köçürüb 07 Noy, 2024
- Milli Depozit Mərkəzi İT sistemlərini “Hökumət buludu”na köçürüb 05 Noy, 2024
- “Sizin Lombard”da kreditini “SİMA İmza” ilə rəsmiləşdir! 25 Okt, 2024
- “SİMA İmza” beynəlxalq mükafata layiq görüldü 24 Okt, 2024
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) ölkədə əqli mülkiyyət hüquqlarının qorunması və innovasiya ekosisteminin inkişaf etdirilməsi məqsədilə “Microsoft” şirkəti ilə əməkdaşlıq edir. “AzInTelecom” MMC “Microsoft”la imzaladığı saziş çərçivəsində operator qismində bu sahədə fəaliyyət göstərir.
İlk mərhələdə ali təhsil müəssisələrinə lisenziyaların paylanması nəzərdə tutulur. Bu məqsədlə ali məktəblər üçün təşkil olunan tədbirdə ölkəmizin bir çox təhsil ocaqlarının İT mütəxəssisləri iştirak ediblər. Tədbir zamanı təhsilə aid məhsullar barədə ətraflı məlumat verilib, sual-cavab sessiyası keçirilib.
Qeyd edək ki, “AzInTelecom” tərəfindən ödənişsiz təqdim edilən bu lisenziyalardan istifadə ali təhsil müəssisələrində İT sistemlərin mərkəzləşdirilmiş qaydada idarə edilməsinə şərait yaradacaq.
Təhsil müəssisələrinin lisenziyalaşdırılması tələbə və müəllimləri lisenziyalarla təmin etməyə imkan verəcək. Hazırda tələbələr “www.edulicense.az” saytına daxil olaraq rahat şəkildə qeydiyyatdan keçib lisenziyanı heç bir ödəniş etmədən əldə edə bilərlər. Bu da ümumilikdə ölkə üzrə piratçılıq səviyyəsinin azalmasına gətirib çıxaracaq.
Sözügedən saziş çərçivəsində təkcə ali təhsil müəssisələrində deyil, həm də dövlət sektorunda lisenziyaların verilməsi işləri davam etdirilir.