Son xəbərlər
- Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək 23 Noy, 2024
- Elm və Təhsil Nazirliyi İT resurslarını “Hökumət buludu”na köçürüb 07 Noy, 2024
- Milli Depozit Mərkəzi İT sistemlərini “Hökumət buludu”na köçürüb 05 Noy, 2024
- “Sizin Lombard”da kreditini “SİMA İmza” ilə rəsmiləşdir! 25 Okt, 2024
- “SİMA İmza” beynəlxalq mükafata layiq görüldü 24 Okt, 2024
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.08.1998-ci il tarixli 175 saylı qərarının tələbinə uyğun olaraq telekommunikasiya vasitə və qurğularının sertifikatlaşdırılması üzrə 2018-ci il ərzində dövlət və sahibkarlıq subyektlərindən ümumilikdə 2615 adda rabitə avadanlığına sertifikat alınması ilə bağlı ərizə ilə həm elektron, həm də kağız formatda “AzİnTelecom” MMC-yə müraciətlər daxil olmuşdur. Müraciətlər araşdırılmış, Sınaq Laboratoriyasının yekun protokolları əsasında qarşılıqlı telekommunikasiya şəbəkəsinin tələblərinə cavab verən 2384 adda rabitə avadanlığına “AzInTelecom” MMC tərəfindən “uyğunluq” sertifikatları verilmişdir. Şəbəkə standartlarının tələblərinə uyğun olmayan rabitə avadanlıqları aktlaşdırılmış və test nəticələri barədə ərizəçilərə məlumat verilmişdir.