Son xəbərlər
- “SİMA İmza”nın hüquqi şəxs həlli istifadəyə verilib 01 May, 2024
- İİTKM informasiya sistemlərini tam şəkildə “Hökumət buludu”na köçürüb 01 May, 2024
- “AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub 01 May, 2024
- “Mobil notariat”a “SİMA İmza” ilə giriş imkanı yaradılıb 09 Apr, 2024
- AQTA informasiya sistemlərini tam olaraq “Hökumət buludu”na köçürüb 06 Apr, 2024
30 oktyabr 2018-cil tarixində AzInTelecom MMC-nin “Microsoft” və “Trend Micro” şirkətləri ilə birgə təşkil etdiyi “Təhlükəsiz bulud infrastrukturu” mövzusunda konfrans başa çatdı. Gündəmdə olan informasiya təhlükəsizliyi mövzusuna həsr olunan tədbirdə 60-dan artıq yüksək vəzifəli qonaq iştirak etmişdi. “AzInTelecom”un direktor vəzifəzini icra edən Leyla Məmmədova çıxış edərək kibertəhlükəsizliyin təmin edilməsində lisenziyalı proqram təminatından istifadənin əhəmiyyətindən bəhs edib. Daha sonra Microsoft şirkətinin strateji həllər üzrə regional eksperti Qaçay Mirzəyev rəqəmsal transformasiya barədə məlumat təqdim edib. “Trendmicro”nun nümayəndəsi tərəfindən- “Trendmicro Biznes üçün təhlükəsizlik” adlı prezentasiya nümayiş olunub. Tədbirin ikinci hissəsində “AzInTelecom”un Kommersiya departamentinin rəhbəri Ruslan Əliyev “AzInTelecom-dan təhlükəsiz bulud infrastrukturu” adlı təqdimatla çıxış edib. Tədbir sual-cavab sessiyası ilə başa çatıb.