Son xəbərlər
- Daha 4 şirkət xidmətlərini SİMA vasitəsilə rəqəmsallaşdırdı 09 Dek, 2024
- “AzInTelecom” VIII Beynəlxalq Bankçılıq Forumunda 04 Dek, 2024
- “AzInTelecom” MMC yeni “AzInCloud” platformasını istifadəyə verib 29 Noy, 2024
- Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıb 28 Noy, 2024
- “AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edib 26 Noy, 2024
Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC "Bakı Abadlıq Xidməti” MMC ilə əməkdaşlığa başlayır.
“AzInTelecom” özünün TIER III və İSO 20000 beynəlxalq sertifikatlarına malik Data Mərkəzində bulud texnologiyalarına əsaslanan “İnfrastruktur xidmət kimi” (İaaS) həllər (virtual şəbəkə, virtual saxlama, virtual infrastruktur, “backup” və digər) təklif edir. Büdcə xərclərinin optimizasiyası və idarəetmənin avtomatlaşdırılmasına yönələn İaaS xidmətləri çoxsaylı yerli və xarici şirkətləri Regional Data Mərkəzinin imkanlarından istifadə etməyə sövq edir.
İş prinsipinin müasir texnologiyalardan istifadə və biznesdə etibarlılıq olan "Bakı Abadlıq Xidməti”-nin də öz məlumatlarını “AzInTelecom”-nun Regional Data Mərkəzində yerləşdirilməsi İaaS həllərinin üstünlüklərinə daha bir misaldır.
Tərəflər arasında imzalanmış müqaviləyə əsasən, "Bakı Abadlıq Xidməti” MMC əlavə texniki avadanlıq və proqram təminatlarının alınması, quraşdırılması, texniki istismarı üçün vəsait xərcləmədən məlumat itkisi ilə bağlı riskləri minimuma endirən etibarlı infrastruktur əldə edəcək. Bu da öz növbəsində, digər maliyyə xərclərinə və vaxt itkilərinə qənaət olunmasına imkan yaradacaqdır.
"Bakı Abadlıq Xidməti” məsləhətlərin verilməsi və üçölçülü kompüter proqramlarından istifadə etməklə layihələrin hazırlanmasından obyektin hazır şəkildə təhvil verilməsinədək, sahənin tikintisi, abadlaşdırılması, yaşıllaşdırılması və qulluq edilməsi üzrə kompleks həllər təklif edir.