Dayanıqlı İnkişaf Məqsədləri üzrə Fəaliyyət Kampaniyası müsabiqəsi (Sustainable Development Goals Action Campaign Awards)
29 Sen, 2020

BMT-nin Baş katibi tərəfindən irəli sürülən Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə Fəaliyyət Kampaniyası müsabiqəsi 2018-ci ildən etibarən hər il təşkil edilir. Müsabiqə       DİM-ə nail olunması üzrə fəaliyyətlərin stimullaşdırılmasına yönəldilərək, yerli hökumət, gənclər, vətəndaş cəmiyyəti, innovativ qeyri-hökumət təşkilatları və digər maraqlı tərəfləri cəlb edir.

2020-ci ildə müsabiqənin əsas məqsədi DİM-in icrasının sürətləndirilməsi üzrə təşəbbüslərin müəyyənləşdirilməsi və COVID-19 pandemiyası ilə mübarizədə qlobal həmrəylik ruhunda olan ideya və layihələrin dəstəklənməsini təşkil edir.

Müsabiqə çərçivəsində təqdim olunan təşəbbüslər aidiyyəti sahə üzrə təsir miqyası, çətinliklərin həlli və irəli sürülən yanaşma metodunun innovativlik dərəcəsi meyarları üzrə qiymətləndirilir.

Sözügedən təşəbbüsdə iştirak etmək üçün müsabiqə çərçivəsində müəyyən edilən meyarlar, müvafiq proseduralar barədə geniş məlumatları www.sdgactionawards.org internet səhifəsindən əldə etmək mümkündür.

Layihələrin son qəbul tarixi: 9 oktyabr 2020-ci il.