Vahid Nömrə Satışı Sistemi üzərindən 30 milyondan artıq əməliyyat həyata keçirilib.
01 Fev, 2024

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılmış mərkəzləşdirilmiş informasiya sistemləri vətəndaşlara, eləcə də sahibkarlara şəffaf və operativ xidmət göstərir.

2017- ci ildə ölkə ərazisində mobil nömrə satışı əməliyyatlarının vahid platformada həyata keçirilməsi məqsədilə Sellülar (mobil) Vahid Nömrə Satışı Sistemi hazırlanıb. Son 6 ildə sistem üzərindən ümumilikdə 30 milyondan artıq əməliyyat həyata keçirilib.

Müvafiq informasiya sistemlərinin formalaşdırılması nəticəsində informasiya texnologiyalarının tətbiqi ilə innovativ idarəetmə təmin edilir, bir sıra çatışmazlıq aradan qaldırılır. Bununla yanaşı, mərkəzləşdirilmiş informasiya sistemləri müəyyən istiqamətlər üzrə Böyük verilənlərin (data) toplanılmasına imkan yaradır.