SİMA Token-lə 104 milyondan çox imzalama prosesi həyata keçirilib
30 Yan, 2024

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA Token Azərbaycanda ilk elektron imzadır.

Əl imzası ilə eyni hüquqi qüvvəyə malik olan bu imza 2011-ci ilin sentyabr ayından rəsmi olaraq fəliyyətə başlayıb. Elektron imzanı vətəndaşlar, sahibkarlar, hüquqi şəxslər, həmçinin dövlət qurumları əldə edə bilirlər.

2011-2023-cü illər ərzində Token elektron imzası ilə Azərbaycanda 104 milyondan çox imzalama prosesi həyata keçirilib.

Qeyd edək ki, SİMA Token “AzInTelecom” MMC-nin yaratdığı SİMA rəqəmsal həllər platformasına daxildir. İmza tələb edilən bütün sahələrdə tətbiqi mümkün olan SİMA Tokeni vətəndaşlar, hüquqi şəxslər, sahibkarlar və dövlət qurumları əldə edə bilərlər.

SİMA Token imza sertifikatı birdəfəlik ödəniş əsasında 3 illik verilir və aylıq ödənişə ehtiyac yoxdur. Vətəndaşlar Bakı şəhərində Mərkəzi Poçt Şöbəsində yerləşən Şəbəkə ofisindən (Üzeyir Hacıbəyli küçəsi 72), bölgələrdə isə poçt şöbələrinə müraciət edərək SİMA Token əldə edə bilərlər.