200-ə yaxın qurum AzInTelecom MMC-nin Bulud xidmətlərini əldə edib
19 Yan, 2024

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki AzInTelecom MMC 2016-cı ildən bulud xidmətləri göstərməyə başlayıb. Həmin il Bakıda əsas Data Mərkəzi istifadəyə verilib.

2019-cu ildə yaradılan “Hökumət Buludu” layihəsi çərçivəsində dövlət qurumlarının informasiya sistemlərinin AzInTelecom-a məxsus Data Mərkəzində yerləşdirilməsinə başlanılıb.

2022-ci ildə Yevlaxda ehtiyat Data Mərkəzi istifadəyə verilib. 2023-cü ildə 40-dan çox qurum AzInTelecom-un bulud xidmətlərini əldə edib.

Ümumilikdə 2016-cı ildən bu günə kimi 200-ə yaxın qurum bulud xidmətlərimizə qoşulub ki, onların 100-dən çoxu "Hökümət Buludu"na miqrasiya edən dövlət qurumlarıdır.